IQNA

Yəməndən işğal olunmuş ərazilərə yeni raket hücumu

1:28 - January 04, 2025
Xəbər sayı: 3497370
İQNA - Sionist rejim ordusu Yəməndən atılan raket səbəbilə ölkənin bir çox bölgəsində təhlükə zənglərinin səsləndiyini və milyonlarla insanın sığınacaq tapması barədə göstəriş verildiyini açıqlayıb.

Fələstində dinc əhaliyə qarşı qırğınlarını davam etdirən sionist rejimə növbəti cavab Yəməndən gəlib.

Sionist rejim ordusu Yəməndən atılan raketə görə işğal olunmuş ərazilərin bir çox bölgəsində təhlükə zənglərinin səsləndiyini və milyonlarla insanın sığınacaq tapması barədə göstəriş verildiyini açıqlayıb.

Sionist rejimin mediası Yəməndən atılan raketin Modiin şəhəri yaxınlığındakı hərbi bazaya düşdüyünü açıqlayıb.

İlkin məlumatlara görə, 20 nəfər sığınacaqlara qaçarkən çaxnaşma anları zamanı yaralanıb.

captcha