IQNA

Oman müftisi Yəmən qəhrəmanlarına dəstək verilməsini istəyir

2:43 - January 05, 2025
Xəbər sayı: 3497375
İQNA – Oman müftisi bütün xalqları öz hüquqlarını müdafiə etməyə və zülmə qarşı mübarizə aparan Yəmən qəhrəmanlarını dəstəkləməyə çağırıb.

"Rəyul-Yəvm" saytının verdiyi xəbərə görə, Şeyx Əhməd ibn Həmd Əl-Xəlili açıqlamasında deyib: "Yəmən qəhrəmanları öz bənzərsiz qəhrəmanlıqları və sarsılmaz qətiyyətləri ilə haqqı müdafiə etməyə, zülm və ədalətsizliyə meydan oxumağa davam edirlər.

Qüdrət qazanmaq və daha böyük məqsədlərə çatmaq üçün bütün Yəmən xalqının birləşməsinin vacib olduğunu bildirən Əl-Xəlili, bütün İslam ümmətinin onlara dəstək verməli olduğunu bildirib.

Müfti bəyanatının sonunda Yəmən döyüşçülərinin fədakarlıq göstərdiyi hədəfin bütün xalqların davası olduğunu bildirib.

Həmçinin müsəlmanların ilk qibləsi və Həzrət Peyğəmbərin (s) meraca getdiyi müqəddəs Qüds şəhərini müdafiə etmək bütün İslam ümmətinin vəzifəsidir.

İsrail Qəzzada soyqırımına başladığı gündən bəri Yəmən qüvvələri “Qəzza ilə həmrəy olaraq” bir çox dənizlərdə İsraili və ya İsrailə bağlı gəmiləri hədəf alır.

Yəmən silahlı qüvvələri də Tel-Əvivə və İsrailin bəzi hissələrinə və limanlarına hücum edib.

4257789

captcha