IQNA

Sionist rejim “İbrahim” məscidində 48 dəfə azanın oxunmasının qarşısını alıb

9:59 - January 06, 2025
Xəbər sayı: 3497381
İQNA – Fələstinin Vəqflər və Dini İşlər Nazirliyi işğalçı sionist rejimin 2024-cü ilin dekabr ayında “İbrahim” məscidində qırx səkkiz dəfə azan verilməsinin qarşısını aldığını elan edib.

"Middle East Monitor"-un verdiyi xəbərə görə, işğalçı qüvvələrin eyni müddətdə Məscidül-Əqsaya 22 dəfə basqın etdiyi də bildirilib.

Nazirlik aylıq hesabatını dərc edərək, işğalçı qüvvələrin və sionist gəlmələrin Məscidül-Əqsaya hücumlarını artırdığını, ekstremist İsrail naziri İtamar Ben Gvirin isə işğal qüvvələri tərəfindən yaxından qorunarkən yəhudilərin Hanukka bayramının ilk günündə məscidə hücum etdiyini bildirib. Bu, onun 2022-ci ilin dekabrında vəzifəyə başladıqdan sonra müsəlmanların müqəddəs məkanına etdiyi yeddinci basqını idi.

Nazirlik xəbərdarlıq edib ki, bu hücumların məqsədi sionist gəlmələrin mövcudluğunu qanuniləşdirmək və Təlmud ritualları vasitəsilə yeni reallıq tətbiq etməkdir.

İordan çayının qərb sahilinin cənubundakı Əl-Xəlil şəhərindəki İbrahimi məscidi ilə bağlı Fələstin Vəqf Nazirliyi işğalçı qüvvələrin bu məsciddə 48 dəfə azan oxunmasına mane olduğunu və məsciddə ölçmə aparıldığını sənədləşdirib. Bu da İslamın müqəddəs yerlərinin müqəddəsliyinin açıq-aşkar pozulması və vəqf mülkiyyətinə qəsd hesab edilir.

Nazirlik hesabatında işğalçı qüvvələrin məscidin həyətlərində qazıntı işləri apardığı və məscidin direktoru Şeyx Mutaz Əbu Senine hücum edərək müalicə almasına mane olduqlarının müəyyən edildiyini açıqlayıb.

Bundan başqa, işğalçı qüvvələr Quran tədbirinin qarşısını almağa çalışıblar.

Keçən ay “Time of Israel” saytı İbrahimi məscidinin ələ keçirilməsi planının amerikalı fiqurların, o cümlədən ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp administrasiyasının rəsmilərinin dəstəyini aldığını açıqlamışdı.

4257870

Teqlər: məscid ، azan ، sionist rejim ، fələstin
captcha