IQNA

İordan çayının qərb sahilində fədakarlıq əməliyyatı: 3 ölü, 8 yaralı

2:07 - January 07, 2025
Xəbər sayı: 3497388
İQNA - İşğal altındakı İordan çayının qərb sahilində sionist gəlmələri hədəf alan silahlı müqavimət aksiyasında 3 işğalçının həlak olduğu bildirilib.

İşğal altındakı İordan çayının qərb sahilində qeyri-qanuni sionist qəsəbəsində yaşayan işğalçıları hədəf alan fədakarlıq aksiyasında ölən və yaralananların olduğu bildirilib.

Müqavimət aksiyası zamanı avtobus və avtomobilin atəşə tutulması nəticəsində 3 nəfər ölüb, 8 nəfər yaralanıb. Xəsarət alanlar arasında vəziyyəti ağır olanların olduğu qeyd edilib.

Sionist İsrail ordusu aksiyanı həyata keçirən insanları yaxalamaq üçün bölgədə əməliyyata başlayıb.

captcha