IQNA

Beynəlxalq Quran yarışında qadınların yarışmasının ikinci günü sona çatıb

3:53 - January 29, 2025
Xəbər sayı: 3497521
İQNA – İran İslam Respublikasının Məşhəd şəhərində keçirilən 41-ci Beynəlxalq Quran Müsabiqəsinin ikinci günündə qadınların yarışı yanvarın 28-də İmam Rzanın (ə) hərəminin Qüds zalında başa çatıb.

"İQNA"-nın Xorasan Rəzəvidən verdiyi məlumata görə, İran İslam Respublikasının 41-ci Beynəlxalq Quran Müsabiqəsinin ikinci günündə yanvarın 28-də səhər saat 8:30-da İmam Rza (ə) hərəminin Qüds zalında başlayan qadınların yarışı saat 11:30-da başa çatıb.

Müsabiqənin bu bölməsində Quranın tam hifzi sahəsində Livandan Zəhra Qarut, tərtil sahəsində İrandan Qəzalə Süheylizade, Fil Dişi Sahilindən Bah Zəhra, Seneqaldan Fatimə Binta Calu, tərtil qiraəti sahəsində İraqdan Nurul-Huda Müfid Məcid Həmid, Quranın tam hifzi sahəsində Banqladeşdən Mütəhhərə Ləbibə və tərtil sahəsində Nigeriyadan Aişə Məhəmməd Əbdülmütəllib yarışıblar.

4262248

captcha