IQNA

Amerikalı müəllim irqçi ifadələrə görə işdən uzaqlaşdırılıb

11:41 - February 02, 2025
Xəbər sayı: 3497542
İQNA – ABŞ-da məktəb şurası fələstinli-livanlı şagirdi “ekstremist” kimi qələmə verən müəllimi işdən çıxarıb.

"İQNA", "Ərəbi 21" saytına istinadən xəbər verir ki, Pensilvaniya ştatındakı Central Dauphin Məktəbi keçən həftə məktəbdənkənar proqramda lisey şagirdinə qarşı irqçi ifadələr işlətdiyi iddia edilən müəllimə qarşı ittihamlardan xəbərdar olduğunu açıqlayıb.

Direktorun ofisi açıqlamasında bu qurumun irqçi ifadələrə dözmədiyini və hadisədə iştirak etdiyi iddia edilən müəllimin istintaq tamamlanana qədər inzibati məzuniyyətə çıxarıldığını vurğulayıb.

Amerika-İslam Əlaqələri Şurası da müəllimin Pensilvaniyadan uzaqlaşdırıldığını bildirib və onun kreslosunu dəyişmək istəyən tələbəyə “Mən terrorçularla danışıqlar aparmıram” dediyini qeyd edib.

Amerika-İslam Əlaqələri Şurası tələbənin atasının Adəm Rəhman olduğunu bildirsə də, Təhsil İdarəsi müəllim və tələbənin adlarını açıqlamayıb.

2023-cü il oktyabrın 7-də İsrailin Qəzzaya qarşı müharibəsi başlayandan bəri ABŞ-da müsəlmanlara qarşı nifrət, ayrı-seçkilik və zorakılığa əsaslanan cinayətlər artıb.

Bu cinayətlər arasında Texasda fələstinli amerikalı uşağın boğulmasına cəhd, İllinoys ştatında Fələstin əsilli amerikalı uşağın bıçaqlanması, Vermontda üç fələstinli tələbənin güllələnməsi və Nyu Yorkda bir müsəlmanın təhqir olunması daxildir.

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Co Bayden dekabrın 13-də müsəlmanlara və ərəblərə qarşı nifrət nitqi ilə mübarizə üçün yeni strategiya elan edib və ayrı-seçkiliyin azaldılmasının vacibliyini vurğulayıb. İslami Əlaqələr Şurası Baydenin hərəkətini “qeyri-kafi” kimi qiymətləndirib.

4262033

Teqlər: amerika ، İslam ، müsəlman ، fələstin
captcha