IQNA

Prezident Pezeşkian: "İran xalqı zülm qarşısında boyun əyməyəcək"

2:58 - February 11, 2025
Xəbər sayı: 3497600
İQNA – İran prezidenti Məsud Pezeşkian 11 Fevral İslam İnqilabı Qələbəsinin 46-cı ildönümü münasibətilə Azadi meydanında İran xalqına müraciət edib.

İran prezidenti Məsud Pezeşkian 11 Fevral İslam İnqilabı Qələbəsinin 46-cı ildönümü münasibətilə Azadi meydanında İran xalqına müraciət edib.

Prezident Pezeşkian bildirib ki, 1979-cu il fevralın 11-də bütün İran xalqı küçələrə çıxıb, düşmənləri və zalımları ölkədən qovub.

Düşmənlərin ölkədə ixtilaf yaratmaqla İranın zəif olduğunu göstərməyə çalışdıqlarını qeyd edən Pezeşkian, “İslam Rəhbərinin fərasəti və tədbiri və şüurlu İran xalqının varlığı ilə onların arzuları gerçəkləşməyəcək” deyib. “İran xalqı istibdadın əleyhinədir və düşmənlərin hiyləsi nəticə verməyəcək.

Prezident Pezeşkian çıxışını belə davam etdirdi:

“Terrorçu olan düşmənlərin özləri bizi terrorçu olmaqda ittiham edirlər. Ölkəmizdə çoxlu insanı qətlə yetirdilər. Biz sui-qəsdin və terrorun qurbanıyıq. İslam İnqilabının Rəhbəri (Ayətullah Xamenei 1981-ci ilin iyununda sağ qolunu iflic edən sui-qəsdin hədəfi olub), prezidentimiz (Məhəmməd Əli Rəcai), cümə namazı qılan imamlarımız və hətta alimlərimiz də şəhid edilib.''

Pezeşkian “Düşmənlər zəif İran arzusunu məzarlarına aparacaq” deyib.

Trampın danışıqlar aparmaq iddiasına cavab

ABŞ prezidenti Donald Tramp prezident kimi ilk müddətində hökumətin həyata keçirdiyi “İrana maksimum təzyiq” siyasətini yenidən həyata keçirəcək prezident fərmanının imzalanmasına reaksiya verən Pezeşkian deyib:

“Tramp dialoqdan danışmaqla İslam İnqilabını məhv etmək üçün sui-qəsd layihəsinə imza atır. Sonra “Biz danışıqların tərəfdarıyıq” deyir və İranın regionun təhlükəsizliyinə xələl gətirdiyini iddia edir. Əslində, təhlükəsizliyin əsas səbəbi ABŞ-ın dəstəyi ilə İsraildir. Bu rejim Qəzzada, Livanda, Suriyada, İranda və istədiyi yerdə məzlum xalqı bombalayır”.

 “Beynəlxalq Haaqa Məhkəməsi soyqırım törədən sionist hökumətin başçısına qarşı cinayət işi açıb, lakin sülh və əmin-amanlıq istəyən ABŞ prezidenti bu cinayətkarı müdafiə edir” deyən Pezeşkian Trampa müraciət edərək, “ABŞ sülhə can atdığını iddia edir, amma regionun sülhünü kim pozub? Hansı azad insan qadınların öldürülməsini qəbul edər? “Niyə ailələri qırırsınız?” dedi.

4265028

captcha