Yəmənin Ənsarullah Hərəkatının lideri Seyid Əbdülməlik əl-Husi son regional və beynəlxalq hadisələrlə bağlı çıxış edib.
Yəmən rəsmisi Trampın Qəzza planına toxunaraq, "Trampın Fələstin xalqını öz torpaqlarından və vətənlərindən qovmaq planı bir çox hüquqların mənbəyi olan haqqın qəsb edilməsidir. Tramp cinayətkardır və mənasız və gülünc bəyanatlar vermək vərdişi var" dedi.
Ənsarullah lideri sözlərini davam etdirərək deyib: "Cinayətkar Trampın Fələstin xalqını köçürmək təklifinin təkrarlanması onun həqiqəti və ədaləti inkar edən cinayət planı üzərində israrının əksidir. Trampın Qəzza zolağı ilə bağlı planı özünü sivil titullarla təqdim edən bir ölkə prezidentinin zarafatlarına və sadəlövh ifadələrinə bənzəyir".
Ənsarullah lideri, "Təcavüzkar və ədalətsiz sionist planına inanan və onu həyata keçirməyə çalışan Amerika prezidentinin ambisiyalarının həddi-hüdudu yoxdur" dedi və əlavə etdi: "Birinci dövründə "Əsrin sövdələşməsi" adlandırılan Tramp, "Əsrin cinayəti" mərhələsinə keçdi, əgər Tramp onun ikinci dövründə Qəzza hərbi planına müdaxilə edərsə, biz də müdaxilə edəcəyik".