IQNA

Mavritaniyanın paytaxtında Quran hifzi və qiraəti müsabiqəsi keçirilib

3:32 - February 19, 2025
Xəbər sayı: 3497648
İQNA – Mavritaniyanın Ramazan ayı üçün təşkil etdiyi Quran müsabiqəsinin ölkənin paytaxtı Nuakçutdakı Məscidül-həramda seçmə mərhələsi başlayıb.

"Əl-Siraj" internet saytında yer alan xəbərə görə, qadın və kişi olmaqla iki bölmədə keçirilən yarışmada ümumilikdə 1950 qari və hafiz tələbə yarışıb.

Bununla əlaqədar olaraq, 16 fevral bazar günü keçirilən açılış mərasimində Dini İşlər Naziri Seyid Yəhya Şihna əl-Marabet və Mədəniyyət, İncəsənət, Kommunikasiya və Əlaqələr Naziri Hüseyn Vələd Medu iştirak edib.

Dini İşlər Naziri çıxışında təşkilatçılara təşəkkür edərək, gənclər arasında müsbət rəqabəti təşviq etmək üçün bu müsabiqənin əhəmiyyətini və Ramazan ayının Quran ayı olduğunu vurğulayıb.

Nazir müsabiqəni yaxından izlədiyini və şəffaf şəkildə təşkil etdiyini bildirib.

Mərasimdə çıxış edən digər şəxs Mavritaniya Radiosunun direktoru Muhəmməd Əbdul-Qadir Vələd olub.

O bildirib ki, builki Quran müsabiqəsinin ən mühüm xüsusiyyəti iştirakçıların sayının 1300-dən 1950-yə yüksəlməsi olub.

4266724

captcha