Qəzza Bələdiyyəsindən verilən açıqlamada, 15 aydan çox davam edən soyqırım zamanı İsrail qüvvələrinin komandalarının şəhərin şərqindəki mərkəzi zibilliyə çatmasına mane olması və bələdiyyənin maşın və texnikasının təxminən 80 faizini məhv etməsi səbəbindən təmizlik xidmətlərinin dayandırıldığı vurğulanıb.
Açıqlamada küçələrdə olduğu kimi müvəqqəti zibilliklərdə də təxminən 170 min ton tullantı yığıldığı və bu səbəbdən şəhərdə “böyük sağlamlıq və ekoloji fəlakət” yaşandığı bildirilib.
Digər tərəfdən, Bələdiyyə fevralın 16-da şəhərdə yığılan zibillərin çıxarılması üçün kampaniyaya başlayıb.
Sözügedən kampaniya müxtəlif alətlər, avadanlıqlar və ekspert qrupları tələb edir.
Bildirilib ki, BMT-nin İnkişaf Proqramı tərəfindən dəstəklənən layihələr çərçivəsində Beynəlxalq Qızıl Xaç Komitəsi və özəl sektor tərəfindən də dəstək göstəriləcək.
Xüsusilə ağır tikinti maşınları təmin olunarsa, planın 3-4 həftə ərzində tamamlanması və zibillərin çıxarılması hədəflənir.
Bu arada, atəşkəs razılaşmasına baxmayaraq, İsrail ağır tikinti texnikasının Qəzzaya daxil olmasına mane olmağa davam edir.