"Əl Məşhəd" saytının verdiyi məlumata görə, bu xüsusi proqramda Məhəmməd Rəfət, Mahmud Xəlil Əl Husari, Məhəmməd Siddiq Menşavi, Əbdül-Basit Əbdüs-Saməd, Əli Mahmud, Taha Əl Feşni və Seyid Nəqşbəndinin möhtəşəm Quran tilavətləri təqdim olunacaq.
Bundan əlavə, Quran Radiosu Şeyx Mustafa İsmayıl və Şeyx Nəsrəddin Tobar kimi böyük şəxsiyyətləri əlavə edərək müəzzinlərin siyahısını genişləndirdi. Müəzzin şeyxlərinin sayı 9 qariyə çatdı.
Misir Quran Radiosunun Ramazan yayımının ən mühüm hissəsi dərin və səmimi tilavətləri ilə tanınan Şeyx Məhəmməd Rəfətin səsi ilə axşam azanı olacaq.
Eynilə, Misirin qabaqcıl qariləri Taha Əl-Fəşni və Kamal Yusif Behtiminin əvvəllər yayımlanmayan qiraətləri də radioda yayımlanacaq.
Bundan əlavə, Şeyx Mustafa İsmayılın indiyədək heç vaxt radioda yayımlanmayan 18 yeni qiraəti və Şeyx Məhəmməd Rəfətin 1934-cü ilə aid nadir video yazısı da tamaşaçılara təqdim olunacaq.
4269186