IQNA

5:10 - March 17, 2025
Xəbər sayı: 3497822

Yəmənə hücumda ölənlərin sayı getdikcə artır: Şəhid və yaralıların sayı 132-yə çatıb

İQNA – ABŞ və Britaniyanın ötən gecə Yəməndə mülki ərazilərə hücumları nəticəsində ölənlərin sayı artır.

Yəmənə hücumda ölənlərin sayı getdikcə artır: Şəhid və yaralıların sayı 132-yə çatıb

“Əl-Cəzirə” telekanalının verdiyi məlumata görə, Yəmənin Ənsarullah Hərəkatına bağlı media orqanları ABŞ və İngiltərənin həyata keçirdiyi bu vəhşi hücumda şəhid və yaralananların sayının artdığını bildirib.

Son məlumatlara görə, hücumda indiyədək 31 nəfər şəhid olub, 101 nəfər yaralanıb.

Bəzi ibranidilli media daha əvvəl İsrailin hücumda iştirak etdiyini etiraf etmişdi.

captcha