IQNA

Kosovoda Ramazan ayı, məscidlərdə Quran kursları

3:31 - March 18, 2025
Xəbər sayı: 3497831
İQNA – Ramazan ayında Kosovodakı məscidlər uşaqlara Quran öyrətməkdə əhəmiyyətli uğurlar əldə edirlər.

Kosovo 2008-ci ildə müstəqilliyini elan edən Cənub-Şərqi Avropada Balkanlarda bir ölkədir. Əhalisinin əksəriyyəti alban mənşəlidir; Əhalinin dörd faizini serblər, dörd faizini isə digər etnik qruplar təşkil edir.

Kosovo beş əsrdən çox Osmanlı hakimiyyəti altında qaldı. Onun İslamla tanışlığı da bu dövrdə baş verib. Kosovonun geosiyasi mövqeyi Balkanların müsəlmanların çoxluq təşkil etdiyi bölgələri arasında strateji bir keçid təmin edir. Coğrafi cəhətdən Albaniya, Makedoniya, Monteneqro və alban əhalisinin çox məskunlaşdığı Presova vadisi arasında yerləşir.

Kosovo 15-ci əsrdə Osmanlılar tərəfindən fəth edilib və əhalinin əksəriyyətinin, 95 faizinin dini İslamdır. Burada pravoslav və katolik azlıqlar və başqa dinlərin nümayəndələri də yaşayır.

Ölkədə ilk İslam universiteti 1992-ci ildə paytaxt Priştinada yaradılıb. Bu gün ölkədə 800-ə yaxın məscid var və daha 100 məscid tikilir.

Kosovoda cümə namazı xütbələri alban, bosniya və türk dillərində üdilir və dini maarifləndirmə, o cümlədən, Quran dərsləri də bu dillərdə verilir.

Kosovo məscidləri cəmiyyətdə dini maarifləndirmə və Quran anlayışını yaymaq məqsədi ilə xüsusilə Ramazan ayında uşaqlar üçün Quran kursları təşkil edir.

Keçən həftə paytaxtdan 38 kilometr cənubda yerləşən Kosovonun üçüncü böyük şəhəri olan Ferizajın Böyük Məscidində Quran kursunu uğurla başa vuran uşaqlar üçün mərasim keçirilib.

 

Kosova’da Ramazan ayı ve camilerde Kur’an kursu

 

Mərasimdə ərəb əlifbasını öyrənən və ərəb əlifbası hazırlığı mərhələsindən keçərək Qurani-Kərimi düzgün ardıcıllıqla oxumağa başlayan tələbələr mükafatlandırılıb.

Bu uğur ölkə uşaqları üçün Quran təhsilinin gücləndirilməsi istiqamətində böyük addım hesab olunur.

Mərasimdə çıxış edənlər Ramazan ayının əhəmiyyətinə toxunub, məscidlərdə uşaqlara Quranın öyrədilməsinin vacibliyinə toxunublar.

Bundan əlavə, tələbələr əldə etdikləri uğurlara görə təbrik edilib və onların ailələrinin davamlı dəstəyi yüksək qiymətləndirilib. Bildirilib ki, bu təşəbbüslər Quran təlimlərini anlayıb tətbiq edə bilən yeni nəslin formalaşmasına mühüm töhfə verəcək.

Kosovo müsəlmanları Ramazan ayını üç mühüm tarixi məscidin açılışı ilə qarşıladılar: Köhnə Pirinaz məscidi, Priştinanın köhnə məhəlləsindəki Ələddin məscidi və Kosovonun cənub-şərqində yerləşən tarixi Gjakova şəhərindəki Mahmud Paşa məscidi.

Məscidlərin yenidən qurulması və təmiri işləri Türkiyənin Vəqqflər İdarəsi tərəfindən həyata keçirilib.

Bu tarixi məscidlər 1913-cü ildən 1999-cu ilə qədər Serblərin Kosovonun təxminən 86 illik işğalı zamanı baxımsız qalıb.

Kosovo müstəqillik qazandıqdan sonra, xüsusilə ölkənin İslam irsinin toplanması və dirçəldilməsinə diqqət yetirən geniş yayılmış və misilsiz İslam hərəkatı yarandı. Nəticədə, qəsdən baxımsızlıq nəticəsində zədələnmiş bir çox köhnə məscidlər bərpa edildi.

Pirinaz məscidi; Priştinanın ən qədim və ən mühüm tarixi məscidlərindən biridir. Şəhərin şərq hissəsində Voloşa rayonunda yerləşir. Məscidin tikilmə tarixi dəqiq bilinməsə də, 16-cı əsrdə Osmanlı dövründə tikildiyi güman edilir.

Bu məscidin son bərpası 2020-ci ildə başlayıb və 2024-cü ilin əvvəlində başa çatıb.

Kosova’da Ramazan ayı ve camilerde Kur’an kursu

 

Məscidin yanında Kosovonun bir çox alimlərinin məzun olduğu eyniadlı İslam məktəbi yerləşir. Bu məktəbin məzunlarından olan Şərif Əhmədi Qurani-Kərimi alban dilinə ilk tərcümə edən şəxsdir.

Köhnə Ələddin Məscidi 16-cı əsrin birinci yarısında tikilmişdir. Bu məscid Priştinanın ən qədim məhəlləsində, Voloşada, Kosovo İslam Şurasının binalar kompleksinin meydanında yerləşir. Bu məhəllə əvvəllər bu məscidin adı ilə Ələddin məhəlləsi kimi tanınırdı. Əmir Ələddin ərəb şahzadəsi idi və Kosovoya gəldikdən sonra bu məscidi tikdirdirdi.

Kosova’da Ramazan ayı ve camilerde Kur’an kursu

 

Mahmud Paşa məscidi; Kosovonun cənub-qərbindəki Gjakova şəhərindəki ikinci ən qədim məsciddir və Osmanlı dövrünə aiddir.

Mahmud Paşa məscidi 17-ci əsrdə tikilib və dəfələrlə təmir olunub.

Kosova’da Ramazan ayı ve camilerde Kur’an kursu

4271534       

captcha