IQNA

Builki Qüds günü yürüşü ən möhtəşəm və ləyaqətli yürüşlərdən biri olacaq

4:15 - March 28, 2025
Xəbər sayı: 3497911
İQNA - Ayətullah Xamenei bu axşam televiziya mesajında vurğuladı: “Builki yürüş ən yaxşı, ən möhtəşəm və ən ləyaqətli Qüds günü yürüşlərindən biri olacaq”.

“İQNA”, xəbər verir ki, İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei bu axşam televiziya ilə yayımlanan müraciətində builki Qüds günü yürüşünün əvvəlki illərdəkindən daha çox əhəmiyyətini qiymətləndirib və vurğulayıb: “İnşallah, builki yürüş ən yaxşı, ən əzəmətli və ən şərəfli yürüşlərdən biri olacaq”.

İnqilab Rəhbəri mesajında ​​Qüds günü yürüşünün həmişə İran xalqının birlik və iqtidarının əlaməti olduğuna işarə edib və deyib: “Bu yürüş həm də İran xalqının öz mühüm, siyasi və əsas məqsədlərində sabit və möhkəm olmasının və Fələstinə dəstək şüarından əl çəkməyəcəyinə işarədir”.

Həzrət Ayətullah Xamenei Qüds yürüşünü İran xalqının şərəflərindən biri hesab edib və qeyd edib: “İran xalqı ötən qırx altı il ərzində Qüds günü yürüşündə, oruc tutub və müxtəlif hava şəraitində iştirak edib və bu iştirak təkcə böyük şəhərlərdə deyil, kiçik qəsəbə və kəndlərdə də olub”.

Ali Rəhbər, builki Qüds günü yürüşünün əhəmiyyətini əvvəlki illərdəkindən daha böyük hesab edib və əlavə edib: “Dünya xalqları və İslam sistemi ilə tanış olanlar İran millətinin tərəfdarıdır, lakin İslam Respublikası ilə müxalif olan bəzi siyasət və hökumətlər İran xalqına qarşı təbliğat apararaq, guya İran xalqı arasında parçalanma və zəiflik olduğunu iddia edirlər. Amma Qüds günü yürüşü bütün bu hiylələri və yalan ifadələri təkzib edəcək”.

Sonda İslam İnqilabının Rəhbəri ümidvar olduqlarını bildirdilər ki, Uca Allahın köməyi və lütfü ilə builki Qüds günü yürüşü son illərin ən yaxşı, ən şərəfli və ən ləyaqətli yürüşlərindən biri olacaqdır.

4273937

captcha