“İQNA”-nın “Əl-Məyadin”-ə istinadən verdiyi məlumata görə, Livanın cənubunda yaşayan sakinlər 14 Hizbullah şəhidinin cənazəsini möhtəşəm mərasimlə Blida şəhərində dəfn ediblər.
Livan parlamentindəki Müqavimətə Sadiqlik Fraksiyasının nümayəndəsi Həsən Fəzlullah mərasimdə çıxışı zamanı deyib: “Sionist rejim Livan hökumətinin zəifliyindən istifadə edir və bizim siyasi və diplomatik müstəvidə belə əməli hərəkətləri ehtiva edən mövqeyə ehtiyacımız var”.
O, əlavə edib: “Biz Livan hökumətini öz öhdəliklərindən yayınmamağa çağırırıq və əgər o, müvafiq mövqe tutsa, onun yanında olacağıq. Düşmən içəridə işğalçıları bombalamağa səsləyən bəzi səslərdən istifadə edir. Bunlar muzdlulardır və yıxılacaqlar”.
Fəzlullah vurğulayıb: “Cənubi Livanın bu vəziyyəti davam etməməlidir və Amerika işğalçı rejimin təcavüzkar hücumlarına görə məsuliyyət daşıyır”.
Müqavimətə Sədaqət Fraksiyasının bu üzvü qeyd etdi: “Müqavimətin bu insanların yanında heç bir qorxusu yoxdur və bu müqavimətin mövcudluğu ilə də xalqın qorxusu və narahatlığı yoxdur”.
4275081