"İQNA", "Ərəbi 21" saytına istinadən xəbər verir ki, sərgidə Osmanlı xəttatı Əhməd Karahisariyə məxsus Quranın əsli nüsxəsi nümayiş etdirilir.
Sərgidə həmçinin İslam motivləri və Qurani-Kərim ayələri ilə qızıldan hazırlanmış Kəbə qapısı, üzərində şəhadəteyn işləndiyi qara ipək parçadan hazırlanmış Kəbə örtüyü və dam yuyulduqda və ya yağış yağanda yığılan suyu boşaldan bir kanal olan “Mizabul-Rəhmə” kanalı da nümayiş etdirilir.
Dekabrın 30-dək davam edəcək sərgidə İstanbulun Topqapı Sarayı Muzeyində yerləşən Osmanlı xəttatı Əhməd Şəmsəddin Karahisariyə məxsus İslam ornamentli Quranın 300 səhifəlik orijinal nüsxəsi də yer alır.
Hər səhifəsi beş hissədən ibarət olan bu Quran nüsxəsi sülüs və nəş yazılarının birləşməsi ilə yazılmışdır.
Bundan əlavə, sərginin təşkilində əməyi olan Qətər kolleksiyaçısı Rəşid Əl-Marihinin sənət əsərləri və şəxsi kolleksiyası da nümayiş etdirilir.
Doha İslam İncəsənəti Muzeyi bu günə qədər Həcc mövzusunda bir çox sərgilər keçirib.
Sərgilərdə Həcc və Ümrə mərasimləri nümayiş etdirilərkən, Kəbəni ziyarət edən zəvvarların mənəvi təcrübələri də maraqlananlar üçün izah edilir.
4275212