IQNA

İslam İnqilabı Rəhbərinin ABŞ-la danışıqlarla bağlı ilk açıqlaması

2:43 - April 16, 2025
Xəbər sayı: 3498027
İQNA - İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei ABŞ-la dolayısı ilə aparılan danışıqlarla bağlı deyib: “Biz bu danışıqlara nə həddən artıq optimist, nə də hədsiz bədbin yanaşırıq. Axı ilk addımlarda yaxşı qərar verilmiş və yaxşı həyata keçirilən iş və fəaliyyət var”.

İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Əli Xamenei bu gün hökumət üzvləri, parlament üzvləri, məhkəmə üzvləri və bəzi qurum rəsmiləri ilə görüşüb.

Bu görüşdə İnqilab Rəhbəri Ayətullah Xamenei İran və ABŞ arasında Omanda aparılan dolayı danışıqları müsbət qiymətləndirərək, “Oman danışıqları Xarici İşlər Nazirliyinin həyata keçirdiyi onlarla işdən biridir. Biz bu ölkənin məsələlərini danışıqlara bağlamamalıyıq” dedi.

Həzrət Ayətullah Xamenei “Danışıqlar bir nəticəyə gələ bilər də, olmaya da bilər. Biz bu danışıqlarla bağlı nə həddən artıq optimist, nə də həddən artıq bədbin deyilik. Axı ilk addımlarda yaxşı qərarlaşdırılmış və yaxşı həyata keçirilən iş və fəaliyyət var. Əlbəttə, qarşı tərəfə çox bədbin yanaşırıq, lakin öz imkanlarımıza nikbin yanaşırıq” ifadəsini işlətdi.

Qəzzada xəstələrə, jurnalistlərə, təcili yardım maşınlarına, xəstəxanalara, uşaqlara və qadınlara edilən hücumlara diqqət çəkən Ayətullah Xamenei, “Bu cinayətlər fövqəladə vəhşilik tələb edir və işğalçı cinayətkar rejim də buna sahibdir” dedi.

4276578

captcha