“Sputnik”-in verdiyi məlumata görə, Yəmənli mənbə Amerika döyüş təyyarələrinin Sədanın Əl-Səlim bölgəsindəki Əl-Səhleyn kəndini ən azı 10 dəfə bombaladığını bildirib.
Bundan əlavə, Sədanın şərqində daha üç hücum, Əl-Baydanın qərbindəki Əl-Zahir bölgəsində üç hücum, Əl-Baydanın şimalındakı Əl-Cərf bölgəsində iki hücum və Sənanın şimalında dörd hücum həyata keçirilib.
ABŞ və Britaniya sionist rejimə dəstək məqsədilə 2025-ci il martın 15-dən etibarən Yəmənə hava hücumlarına başlayıb, bu ölkədə yaşayış məntəqələri və mülki hədəfləri vurub.
Bu hücumlara baxmayaraq, Yəmən silahlı qüvvələri Qəzza zolağında Fələstin müqavimətinə və xalqına dəstək məqsədilə əməliyyatlarını davam etdirir.