IQNA

Məscidün-Nəbidə Quran hafizləri üçün sürətləndirilmiş kurs

4:25 - April 27, 2025
Xəbər sayı: 3498081
İQNA - Məscidül-Həram və Məscidün-Nəbinin Dini İşlər İdarəsi Məscidün-Nəbidə Quranı əzbərləyənlər üçün “sürətləndirilmiş kurs” layihəsinin həyata keçiriləcəyini açıqlayıb.

“shahdnow.sa”-da yer alan xəbərə görə, Quran əzbəri olanlar üçün nəzərdə tutulan bu layihə 25-26 aprel tarixləri arasında cümə və şənbə günləri həyata keçirilib.

Məscidül-Həram və Məscidün-Nəbi Dini İşlər İdarəsinin nəzarəti altında təşkil edilən proqramın məqsədi onların Quran əzbərləmələrini mənəvi təhsil mühitində təkrar etmələrini təmin etmək olub.

Məscidün-Nəbidə sübh, günorta, əsr, şam və işa namazlarından sonra üç hissədən ibarət sürətləndirilmiş Quran hifzi kursları keçirilib: Bütün Quran, 20 cüz və 10 cüz əzbərləmək.

Məscidül-həram və Məscidün-Nəbi Diyanət İşləri Başçılığı deyib ki, bu layihə üçün qeydiyyatdan keçmək istəyənlər https://reg.qm.edu.sa internet ünvanını ziyarət edə bilərlər.

4278311

captcha