IQNA

Məscidün-Nəbidə on qiraət oxumaq üçün təlim proqramı

2:23 - May 21, 2025
Xəbər sayı: 3498218
İQNA – Məscidün-Nəbinin Baş Müdirliyi bu məsciddə Qurani-Kərimin on qiraəti üçün təlim proqramının həyata keçiriləcəyini açıqlayıb.

“Pressbee” saytının verdiyi məlumata görə, bu proqram Məscidün-Nəbi tərəfindən Quran elmləri, qiraət və təcvidin yayılması istiqamətində həyata keçirilən işlərin bir hissəsidir və məscidin zəvvarlara xidmət anlayışına uyğun olaraq həyata keçirilir.

Proqramın məqsədləri arasında Quranın müsəlmanların həyatında varlığını gücləndirmək və İslam mötədilliyi əsasında Peyğəmbər (s) məscidinin qlobal missiyasını təsis etmək vardır.

Məscidün-Nəbinin bəyanatına görə, bu proqram dini və idrak hərəkatı olaraq Məscidün-Nəbini ziyarət edən zəvvarların Quran biliklərinin zənginləşməsinə töhfə verəcək.

Proqramın Həcc dövründə həyata keçirilməsi mötədillik mesajının dünyanın bütün guşələrinə çatdırılması üçün bir fürsət olacaqdır.

Bu proqram on qiraətin yayılmasında və Qurani-Kərimin ən gözəl tərzdə oxunması ənənəsinin canlanmasında mühüm rol oynayacaq.

4283191

captcha