IQNA

Zəvvarlar Məkkə "Vahat" sərgisini maraqla qarşılayıblar

1:23 - June 10, 2025
Xəbər sayı: 3498336
İQNA - Üçüncü dəfə keçirilən “Vahat” sərgisi Səudiyyə Ərəbistanı İslam İşləri, Dəvət və İrşad Nazirliyi tərəfindən Məkkə şəhərinin “Tilal kəndi” ərazisində keçirilir. Zilhiccə ayının 19-na (15 iyun) qədər hər gün səhər saat 11-dən axşam 9-a kimi zəvvarları, vətəndaşları və sakinləri qəbul edir.

 

“İQNA”-nın “WASS”-a istinadən verdiyi məlumata görə, sərginin bir sıra stendlərində Səudiyyə Ərəbistanı İslam İşləri Nazirliyinin zəvvarlar üçün hazırladığı elektron proqramlar, o cümlədən 3D Həcc və Ümrə tətbiqi proqramları stendi və elektron kitabxana nümayiş etdirilib.

Məkkə Kitabxanasının stendində kitabxananın nadir rəqəmsal əlyazmaları da nümayiş etdirilir.

Digər bir sərgi stendi Kral Fəhd Şərif Quran Çap Dərnəyinin stendidir ki, burada bu birliyin nailiyyətləri və işləri nümayiş etdirilir. Bu dərnək Allah evinin zəvvarlarına Qurani-Kərimin bir nüsxəsini hədiyyə edir.

kod

Sərgidə həmçinin Səudiyyə Ərəbistanı İslam İşləri Nazirliyinin Səudiyyə Ərəbistanı daxilində və xaricində həyata keçirdiyi elmi və təbliğat proqramları üçün stend də var.

Zəvvarlar və hacılar tərəfindən böyük maraqla qarşılanan “Vahat” sərgisi hər gün səhər saat 8-dən axşam 9-a kimi ziyarətçilərin üzünə açıqdır.

4287382

Teqlər: həcc ، sərgi ، məkkə ، ərəbistan
captcha