“İQNA”, “Ərəbi 21” saytına istinadən xəbər verir ki, nazir bildirib: “Bölgədəki mövcud hadisələri nəzərə alaraq, Madrid Avropa İttifaqından İsraillə silah satışını qadağan etməsini və iki dövlətli həll yoluna qarşı çıxanlara sanksiya tətbiq olunmasını istəyəcək”.
Cümə günü 110-dan çox insan haqları təşkilatı və həmkarlar ittifaqı, fələstinlilərə qarşı törədilən cinayətlərin artması və Təl-Əvivin BMT Beynəlxalq Ədalət Məhkəməsinin göstərişlərinə əməl etməkdən imtina etməsi səbəbilə, Avropa İttifaqını İsraillə olan ticarət sazişini dərhal dayandırmağa çağırıb.
İnsan haqları təşkilatları bu addımı Aİ-nin hüququ qoruma mövzusundakı etibarlılığının ciddi bir sınağı kimi dəyərləndiriblər.
Avropa İttifaqının İsraillə ticarət əməkdaşlığının dayandırılması tələbi, İsrailin sazişə riayət etməsinin qiymətləndiriləcəyi 23 iyunda planlaşdırılan Aİ Xarici İşlər Nazirləri toplantısından bir neçə gün əvvələ təsadüf edir.
Human Rights Watch təşkilatının Aİ üzrə müvəqqəti rəhbəri Klaudio Frankavilla bildirib: “Aİ nazirləri regional hadisələrin fələstinlilərə qarşı davam edən cinayətləri kölgədə qoymasına imkan verməməli və ticarət əməkdaşlığının dayandırılması üçün dərhal hərəkətə keçməlidirlər.”
4290367