IQNA

Yəmənin Ənsarullah hərəkatı: “Sionist rejimlə hər cür gərginliyin artmasına hazırıq”

3:49 - July 06, 2025
Xəbər sayı: 3498473
İQNA - Yəmənin Ənsarullah hərəkatı sionist düşmənin istənilən təhdidinə qarşı mübarizəyə hazır olduğunu bəyan edib.

“İQNA”-nın “Əl-Cəzirə”-yə istinadən verdiyi xəbərə görə, Yəmənin Ənsarullah hərəkatı, iyulun 4-də Fələstinə dəstək məqsədilə keçirilən növbəti genişmiqyaslı nümayişdə bir bəyanat səsləndirib və Qəzza müharibəsi qarşısında əksər ərəb və islam ölkələrinin sükutunu pisləyib.

Bəyanatda qeyd olunur ki, Ənsarullah hərəkatı sionist düşmənə istinad edərək vurğulayır: “Biz beynəlxalq sükutu, dünya güclərinin əlbirliyini və düşmənin cinayətlərini davam etdirməsinə təkan verən aldadıcı bəyanatlara arxalanmanı qəti şəkildə pisləyirik.”

Bəyanatda həmçinin qeyd olunur ki, Yəmən xalqı fələstinlilərə verdiyi dəstəyi əsla geri çəkməyəcək və İsrailin, Amerikanın və onların müttəfiqlərinin təhdidləri bizi qorxutmur. Çünki biz, mənşəyindən və miqyasından asılı olmayaraq, hər cür qarşıdurmanın artmasına hazırıq.

Ənsarullah hərəkatı həmçinin bütün ərəbləri və müsəlmanları – istər xalqları, istərsə də dövlətləri – İsrail və Amerika şirkətlərinin məhsullarını boykot etməyə çağırıb.

Qeyd edək ki, bundan öncə sionist rejimin müharibə naziri Yisrael Katz Yəmənə hücum ediləcəyi ilə bağlı hədə-qorxu gəlmişdi.

4292640

captcha