IQNA

Hollandiya radikal sionist iki nazirin ölkəyə girişini qadağan edib

11:49 - July 30, 2025
Xəbər sayı: 3498614
İQNA - Hollandiya hökuməti iki radikal sionist naziri arzuolunmaz şəxs elan edərək onların ölkəyə girişini qadağan edib.

“İQNA”-nın “Arabi 21” xəbər portalına istinadla verdiyi xəbərə görə, Hollandiya hökuməti fələstinlilərə qarşı zorakılığı təşviq etdikləri və onların hüquqlarını pozduqları üçün İsrail rejiminin radikal nazirləri İtmar Ben-Qvir və Bəzalel Smotriçin ölkəyə daxil olmasına qadağa qoyub.

Hollandiya xarici işlər naziri Kaspar Veldkamp bildirib ki, hökumət bu iki nəfəri “arzuolunmaz şəxs” kimi tanıyıb və onların adları Şengen zonasında “arzuolunmaz əcnəbilər” siyahısına salınıb.

O əlavə edib ki, bu qərar onların “fələstinlilərə qarşı məskunlaşanların zorakılığına təkrar-təkrar təşviq etdikləri, qeyri-qanuni yaşayış məntəqələrinin genişlənməsinə davamlı dəstək verdikləri və Qəzza zolağında etnik təmizləməyə çağırış etdikləri üçün” qəbul edilib. Bu çağırışlar Qəzzaya qarşı soyqırım siyasətinin bir hissəsi kimi dəyərləndirilir.

Hollandiya XİN rəhbəri bildirib ki, tezliklə İsrail rejiminin Haaqadakı səfiri Modi Efraim Xarici İşlər Nazirliyinə çağırılacaq və İsraildən öz siyasətində dəyişiklik etməsi tələb olunacaq.

4297070

captcha