IQNA

Fələstin İslami Cihad Hərəkatı Ben-Qvirin Əl-Əqsa məscidinə qarşı hörmətsizliyini pisləyib

4:05 - August 04, 2025
Xəbər sayı: 3498642
İQNA - Fələstin İslami Cihad Hərəkatı bəyanat yayaraq sionist gəlmələrin və sionist rejimin daxili təhlükəsizlik naziri tərəfindən Əl-Əqsa məscidinə edilən hücuma reaksiya verib.

“Əl-Cəzirə”nin verdiyi xəbərə görə, Fələstin İslami Cihad Hərəkatı işğalçı rejimin daxili təhlükəsizlik naziri İtmar Ben-Qvirin rəhbərliyi ilə iki mindən çox sionist gəlmənin Əl-Əqsa məscidinin həyətlərinə hücumunu bu müqəddəs məkana qarşı təhlükəli bir hörmətsizlik adlandırıb və bunu Qüdsün və İslam müqəddəslərinin tamamilə işğalı planının həyata keçirilməsi istiqamətində atılmış növbəti addım kimi qiymətləndirib.

Bəyanatda qeyd olunub ki, bu hücum sionist hərbçilərin güclü dəstəyi ilə və Əl-Əqsa məscidinin həyətlərində Təlmud mərasimlərinin keçirilməsi ilə icra edilib; bu da sionistlərin Əl-Əqsa məscidinə qarşı ardıcıl təcavüzlərinin bir hissəsi və bu müqəddəs məkanın zamanca və məkanca bölünməsi və nəhayətdə dağıdılması üçün açıq bir addımdır.

İslami Cihad Hərəkatı vurğulayıb ki, bu təcavüzlər və sionist gəlmələrin təxribatları dünya müsəlmanlarının hisslərinə açıq-aşkar təhqirdir və göstərir ki, sionist rejim utanmazcasına müsəlmanların ilk qibləsi, üçüncü müqəddəs məkanı və İslam ümmətinin kimliyinin əsas simvollarından biri üzərində hakimiyyətini möhkəmləndirməyə çalışır.

Bu hərəkat, sionist rejimi və Amerika hökumətini bu təcavüzlərin nəticələrinə görə tam məsul sayıb və bu cinayətlər qarşısında ərəb və İslam dövlətlərinin və xalqlarının səssizliyini və biganəliyini pisləyib.

Sonda İslami Cihad Hərəkatı ərəb və İslam xalqlarını bu açıq təcavüzlər və hərəkətlər qarşısında birləşməyə və dayanmağa, Fələstin, onun xalqı və İslam müqəddəslərinin müdafiəsi yolunda dini, əxlaqi və insani vəzifələrini yerinə yetirməyə çağırıb. Çünki bu irqçi və ekspansionist rejimin təhlükəsi yalnız Fələstinlə məhdudlaşmır, İslam ümmətini və onun tarixini də təhdid edir.

4298041

captcha