IQNA

Mənsur Qaseminin Malayziyada keçirilən 65-ci Beynəlxalq Quran Müsabiqəsində tilavəti

19:54 - August 04, 2025
Xəbər sayı: 3498644
İQNA - İran İslam Respublikasının nümayəndəsi Mənsur Qasemi Malayziya dövlətinin 65-ci Beynəlxalq Quran Müsabiqəsində öz tilavətini təqdim edib.

 

“İQNA”-nın məlumatına görə, Malayziya dövlətinin 65-ci Beynəlxalq Quran Müsabiqəsi rəsmi olaraq avqustun 2-də bu ölkənin paytaxtı Kuala Lumpurda yerləşən Dünya Ticarət Mərkəzində başlayıb.

2024-cü ildə İranın Vəqflər və Xeyriyyə İşləri Təşkilatının milli Quran müsabiqəsinin qalibi və bu dövrdə İranın nümayəndəsi olan Mənsur Qasemi, ötən gecə — avqustun 3-də müsabiqə səhnəsində tilavət edib.

Bu beynəlxalq Quran yarışmasında İranın tanınmış Quran mütəxəssislərindən olan Qulamrza Şahmiveyi-İsfahani də münsiflər heyətinin üzvü kimi Malayziyada iştirak edir.

Mənsur Qasemi ötən gecəki çıxışında müsabiqə səhnəsində mübarək “Ənam” surəsinin 11-ci ayəsindən 21-ci ayəsinə qədər tilavət edib.

Bu yarışmada hər bir qarinin əsas səhnədə yalnız bir dəfə çıxış etmək imkanı var.

kod

4298122

captcha