IQNA

Şeyx Nəim Qasim: “ABŞ Livanın hərbi gücünü əlindən almağa çalışır”

10:33 - August 07, 2025
Xəbər sayı: 3498658
İQNA - Hizbullahın baş katibi Şeyx Nəim Qasim, “Hac Rəmzan” ləqəbi ilə tanınan şəhid Məhəmməd Səid İzzədinin şəhadətinin qırxıncı günü münasibətilə etdiyi çıxışında bildirib ki, ABŞ Livanın müqavimətdə təcəssüm olunan hərbi gücünü əlindən almaq istəyir.

“Əl-Mənar” kanalının xəbərinə görə, Şeyx Nəim Qasim çıxışında deyib: Şəhid Məhəmməd Səid İzzədi Fələstin xalqına və onun azadlığına xidmət etmək üçün gəldi. Hac Rəmzan Qəzzənin müdafiə planına və orada müqavimətin inkişafına nəzarət edirdi və Fələstində müqavimət fəaliyyətlərinin genişləndirilməsinə xüsusi diqqət yetirirdi. O, Fələstin milli birliyini istəyirdi.”

Hizbullah baş katibi əlavə edib: “Komandanlarımızın baxışına görə, Fələstin coğrafi yox, insani bir məsələdir. Bu da o deməkdir ki, hamı onun dəstəkçisi və köməkçisi olmalıdır. Hac Rəmzan şəhid Seyid Həsən Nəsrullahdan iki gün sonra Livana gəldi və özünü Hizbullaha xidmətə həsr etdi.”

Daha sonra deyib: “Beyrut limanında baş vermiş partlayışla bağlı araşdırmaların siyasiləşmədən aparılmasını və bu işin sürətləndirilməsini istəyirik.”

Qasim qeyd edib: “Livanı qurmaq və sabitlik yaratmaq üçün milli birlik naminə əməkdaşlıq və iştirak zəruridir. Məsələlər Livanın reallıqları əsasında müəyyənləşdirilməli və ABŞ və digərlərinin hökmranlığına boyun əyilməməlidir. Hizbullah atəşkəsə tam şəkildə sadiq qalıb, onu pozmayıb və hökumətlə əməkdaşlıq edib.”

O əlavə edib: “İsrail bu razılaşmanı pozub və onu minlərlə dəfə tapdalayıb. İsrail bu razılaşmadan peşman olub, çünki bu razılaşma Hizbullaha Livanda güc olaraq davam etmək imkanı verir. Buna görə də ona sadiq qalmayıb.”

Şeyx Nəim Qasim bildirib: “ABŞ öz diktələri ilə gəlib ki, Livanı, müqaviməti və xalqı güc və imkanlarından məhrum etsin. Bu, tamamilə İsrailin xeyrinədir.”

O əlavə edib: “Suriyada baş verənlər İsrailin addımlarına ciddi təsir göstərdi və bu razılaşmadan peşman oldular.”

Qasim, ABŞ-ın xüsusi elçisi Barakın diktələrinə toxunaraq bildirib: “Bu diktələrə əsasən, Hizbullahın infrastrukturunun 50 faizi bir ay ərzində sökülməlidir. İsrailin Livanın cənubunda yerləşən üç məntəqədən geri çəkilməsi də buna bağlanıb.”

O, bu diktələri sionist rejimin əl-qolunun açılması kimi qiymətləndirib və deyib: “ABŞ Livanın müqavimətdə təcəssüm edən hərbi gücünü əlindən almaq və Livan ordusunu İsrailə təsir göstərə biləcək silahlardan məhrum etmək istəyir.”

Qasim əlavə edib: “Biz yeni bir razılaşmanı qəbul etmirik və İsrailin hücumları altında veriləcək heç bir vaxt cədvəlini qəbul etmirik. Xarici təzyiqlər qarşısında maliyyə dəstəyi qarşılığında təslim olmaq olmaz. Əgər maliyyə dəstəyi bizi nökərə çevirəcəksə, onun nə faydası var?!”

Hizbullah baş katibi deyib: “İsrail üçün genişmiqyaslı hücumlara başlamaq sərfəli deyil, çünki müqavimət, ordu və xalq müdafiə edəcək, raketlər sionist rejimin daxilinə düşəcək və son səkkiz ay ərzində malik olduqları təhlükəsizlik bir saatın içində yox olacaq.”

O əlavə edib: “Əgər silahlarımızı təhvil versək belə, hücumlar dayanmayacaq. İsrailli rəsmilər açıq şəkildə bunu bildirirlər.”

Qasim ABŞ-ın Livan və bəzi ərəb ölkələrinə qarşı yürütdüyü hiyləgər siyasətə toxunaraq deyib: “Nazirlər şurasının bəyanatı təcavüzkarlara qarşı çəkindirmədən danışır. Amma hanı elə bir hökumət ki, Livanı bəlalardan qorusun? Sərhədləri kim qoruyur? Əgər bacarmırsınızsa, gəlin gücümüzü qoruyub gücləndirək.”

O vurğulayıb: “Hökumət xalqın imkanlarını əlindən almaq və güc vasitələrini məhv etmək əvəzinə, təzyiqlərə qarşı mübarizə və təhlükəsizliklə suverenliyin qorunması üçün planlar hazırlamalıdır. Müqavimət Konstitusiyanın bir hissəsidir və Konstitusiyaya aid məsələ səsvermə ilə müzakirə olunmamalıdır – bunun üçün ümumi razılıq lazımdır.”

Şeyx Nəim Qasim bir daha vurğulayıb: “Müqavimət məsələsi razılaşma ilə həll edilə biləcək bir mövzudur. Milli təhlükəsizlik və müdafiə strategiyasına dair dialoqlar aparmaq lazımdır. Qanlı əllərlə fitnə törədən və İsrailin planlarını həyata keçirənlərə qarşı ayıq olmalıyıq.”

O əlavə edib: “Livan bir çox fədakarlıqların, şəhidlərin verildiyi ölkədir və biz heç kimə imkan vermərik ki, bizə nələrisə diktə etsin. Biz bu vəziyyəti ancaq qarşılıqlı anlaşma və əməkdaşlıqla irəli apara bilərik. Daxili razılaşma olmadan problemlər həll olunmaz – bu, strateji və əsas məsələdir.”

Şeyx Nəim Qasim vurğulayıb: “Heç kim Livanı onun suverenliyini və siyasətini qorumaq gücündən məhrum edə bilməz. Biz Beyruta çatmalı olan və hər şeyi işğal etməyə, Livanın gələcəyini dəyişməyə çalışan hücumu dayandırdıq. Müqavimət güclü və başıuca qalır.”

Livan Hizbullahının baş katibi deyib: “İsrailin genişmiqyaslı hücumlara əl atmaması onun xeyrinədir, çünki müqavimət, ordu və xalq müdafiə edəcək və raketlər sionist rejimin daxilinə düşəcək, onların səkkiz ay ərzində sahib olduqları təhlükəsizlik isə bir saat ərzində yox olacaq”.

O əlavə edib: “Əgər silahlarımızı təhvil versək, hücumlar dayanmayacaq və bu, İsrail rəsmilərinin açıq şəkildə ifadə etdiyi bir mövzudur”.

Nəim Qasim Amerikanın Livan və bəzi ərəb ölkələrinə qarşı yürütdüyü aldadıcı siyasətə işarə edərək bildirdi: “Nazirlər Kabinetinin bəyanatında təcavüzkarlara qarşı çəkindirmədən danışılır, bəs Livanı bəladan qoruyan hökumət haradadır? Sərhədləri müdafiə edən hanı? Əgər deyirsiniz ki, bacarmırsınız, elə isə gəlin bu qabiliyyəti qoruyub gücləndirək”.

O vurğuladı: “Hökumət təzyiqlərə qarşı mübarizə aparmaq və təhlükəsizliklə suverenliyi qorumaq üçün planlar hazırlamalıdır, vətəndaşların gücünü əlindən almaq və güc vasitələrini yox etmək üçün deyil. Müqavimət konstitusiyanın bir hissəsidir və konstitusiyaya dair bir məsələ səsvermə ilə müzakirə oluna bilməz, bu, razılıq tələb edən bir məsələdir”.

Şeyx Nəim Qasim vurğuladı: “Müqavimət məsələsi razılıqla əldə olunan bir mövzudur. Milli təhlükəsizlik və müdafiə strategiyasını müzakirə etməliyik. Əlləri qanlı olan və İsrailin planlarını həyata keçirən fitnəkarların qarşısında diqqətli olmalıyıq.

4298473

Teqlər: livan ، hizbullah
captcha