İQNA-nın “əl-Nəbə”yə istinadla verdiyi xəbərə görə, bu müsabiqə Əl-Əzhərin şeyxi Əhməd əṭ-Ṭayyibin nəzarəti və “Faysal” İslam Bankının əməkdaşlığı ilə təşkil olunur.
Əl-Əzhərin elmi sahələr üzrə ümumi nəzarətçisi Əbdülmənim Fuad bu barədə bildirib ki, müsabiqə müxtəlif yaş qrupları üçün nəzərdə tutulub və ona rəsmi Əl-Əzhər vebsaytı vasitəsilə qeydiyyatdan keçmək mümkündür.
O əlavə edib ki, bu yarış iştirakçıların Quranı əzbər bilmək bacarıqlarını sınamaq və onların Quranla bağlı qabiliyyətlərini inkişaf etdirmək üçün dəyərli fürsətdir.
Əl-Əzhər Cümə Məscidinin rəisi Hani Ude isə vurğulayıb ki, iştirakçıların qiymətləndirilməsində səsləndirmə və görüntü texnologiyalarından istifadə olunacaq ki, şəffaflıq və ədalət təmin edilsin.
O əlavə edib ki, müxtəlif yaş qruplarından olan qaliblər üçün bir milyon yarım Misir funtu məbləğində mükafat nəzərdə tutulub.
Xəbərə görə, bu yarışma aşağıdakı sahələr üzrə keçirilir:
22–28 yaş arası qrup üçün təcvid qaydaları ilə tam Quran əzbəri;
15 yaşadək qrup üçün təcvid qaydaları ilə tam Quran əzbəri;
12 yaşadək qrup üçün Quranın üçdə iki hissəsinin əzbəri;
10 yaşadək qrup üçün Quranın üçdə bir hissəsinin əzbəri.
Qeydiyyat Əl-Əzhərin rəsmi vebsaytı vasitəsilə 10 gün davam edəcək və Misirin müxtəlif vilayətlərində imtahan mərkəzləri təyin olunub ki, ölkə üzrə hafizlərin iştirakı asanlaşdırılsın.
4298363