IQNA

İngiltərənin cənub-şərqində yeni məscidin tikintisi üçün müraciət

2:07 - August 08, 2025
Xəbər sayı: 3498665
İQNA - İngiltərənin cənub-şərqində yerləşən Aylesbury şəhərinin müsəlmanları yeni bir məscid və ictimai mərkəzin inşası üçün Bakinhemişayr Şurasına rəsmi müraciət təqdim ediblər.

“İQNA”-nın “Box Herald”-a istinadən verdiyi xəbərə görə, Aylesbury şəhərinin müsəlmanları yerli icmaya xidmət göstərmək məqsədilə yeni bir məscid və ictimai-tədris mərkəzinin layihəsini hazırlayıb və onun fəaliyyəti üçün rəsmi icazənin alınması ilə bağlı Bakinhemişayr Şurasına müraciət ediblər.

Aylesbury şəhərində köhnə bir binanın yerində inşa ediləcək yeni məscidin ilkin planlarına əsasən, binanın birinci mərtəbəsində kişilər və qadınlar üçün ayrı-ayrı iki namaz zalı, istirahət otağı, iki çoxfunksiyalı zal, bir iclas zalı, sanitar qovşaqlar və anbar olacaq. İkinci mərtəbədə isə dörd ofis otağı, foyelər, ikinci bir iclas zalı, mətbəx, əlavə sanitar qovşaqlar və başqa bir istirahət məkanı nəzərdə tutulub.

Məscidin layihəsini təqdim edənlər köhnə binada bir sıra dəyişikliklər, o cümlədən kişilər və qadınlar üçün ayrıca girişlərin yaradılması da daxil olmaqla birinci mərtəbənin yenidən dizayn edilməsini təklif ediblər.

Layihə qrupu həmçinin yuxarı mərtəbədə yerləşən iclas otağını və istirahət zalını başqa bir namaz zalına çevirməyi və binanın bəzi hissələrində elmi kitabxana yaratmağı planlaşdırır.

Bu layihə çərçivəsində həmçinin dörd sinif otağı, yeni sanitar qovşaqlar və dəstəmaz otaqları, o cümlədən xüsusi ehtiyaclı insanlar üçün iki ayrıca sanitar qovşaq da məscid və yeni mərkəzin planına əlavə olunub.

Bəzi İngiltərə mediası təqdim olunan sənədlərə istinadən bu məkanın hazırda da məscid kimi istifadə edildiyini bildirib. Bakinhemişayr Şurası Aylesbury şəhəri müsəlmanlarının müraciətini hazırda araşdırır.

4298421

Teqlər: ingiltərə ، məscid
captcha