IQNA

2:16 - August 09, 2025
Xəbər sayı: 3498668

Malayziyada Qurani-Kərimin rus dilinə tərcüməsinin təqdimatı keçirilib

İQNA – Malayziyanın paytaxtı Kuala Lumpurda Qurani-Kərimin rus dilinə tərcüməsinin təqdimat mərasimi keçirilib. Tədbirdə ölkənin baş naziri Anvar İbrahim iştirak edib.

Malayziyada Qurani-Kərimin rus dilinə tərcüməsinin təqdimatı keçirilib

İQNA “Bernama” portalına istinadla xəbər verir ki, çıxışında Anvar İbrahim islamofobiya ilə mübarizədə qəzəb və qınama yolunu deyil, elmi bilik, dialoq və Qurani-Kərimin yayılması yolunu seçdiklərini bildirib.

Baş nazir vurğulayıb ki, Malayziya İslamın təlim və ənənələrinə uyğun olaraq bu məsələyə qarşı anlayış və maarifləndirmə ilə cavab verir.

4298879

Teqlər: malaziya ، quran
captcha