IQNA

Qəzzə alimləri: “Vətəni tərk etmək şəhidlərin qanına və torpağa xəyanətdir”

10:12 - August 18, 2025
Xəbər sayı: 3498712
İQNA - Qəzzə Alimləri Cəmiyyəti bəyanat yayaraq xəbərdarlıq edib ki, vətəni tərk etmək şəhidlərin qanına və torpağa xəyanətdir, vətəndə qalmaq isə şəhidlərlə bağlanan əhd və Allahın vəd etdiyi qələbənin səbirlilərə aid olacağına inamdır.

“İQNA”-nın Yəmənin “Əl-Məsirə” kanalına istinadla verdiyi xəbərə görə, Qəzzə Alimləri Cəmiyyəti müsəlman alimlərinə, xətiblərə və təsirli simalara müraciət edərək, sionist rejimin bu bölgənin cənubuna məcburi köçürmə planlarını iflasa uğratmaq üçün ümumi səfərbərliyə çağırıb.

Bu dini qurum vurğulayıb: “Biz xalqın məcburi köçürülmə planlarına qarşı mübarizə aparmaq üçün vətəndə möhkəm dayanmağa çağırırıq”.

Cəmiyyət bəyan edib: “Qəzzədə məhəllələrdə, küçələrdə və məscidlərdə müqavimət və dözümlülük, bütövlükdə Fələstin xalqının amalını müdafiə edən ilk müdafiə xəttidir”.

Qəzzə Alimləri Cəmiyyəti xəbərdarlıq edib ki, vətəni tərk etmək şəhidlərin qanına və torpağa xəyanətdir, vətəndə qalmaq və onu müdafiə etmək isə şəhidlərlə bağlanan əhd və Allahın vəd etdiyi qələbənin səbirlilərə aid olması deməkdir.

Bəyanatda həmçinin xatırladılıb ki, işğalçılarla üz-üzə dayanmaq yalnız silahla deyil, həm də “möhkəm iman, ayıq ağıl və haqqı dilə gətirən dillərlə” mümkündür.

Bundan əvvəl də Fələstin Alimləri Cəmiyyəti sionist rejimin fələstinlilərə qarşı davam edən cinayətlərinə cavab olaraq, İslam ümmətini bu soyqırımçı rejimin cinayətləri ilə mübarizəyə çağırmış və yaydığı bəyanatda bildirmişdi: “İslam övladları və haqq müdafiəçiləri! İndi əməl və hayqırış vaxtıdır, hamınız cihad meydanına tərəf hərəkət edin.”

4300430

captcha