IQNA

İsrail şirkətlərinin Hollandiyanın ən böyük hərbi sərgisində iştirakı qadağan edildi

11:13 - August 22, 2025
Xəbər sayı: 3498732
İQNA - “Globes” qəzeti israilli mənbələrə istinadən xəbər verib ki, Hollandiya sionist rejimin hərbi şirkətlərinin özünün ən böyük illik hərbi sərgisində iştirakını qadağan edib.

“Əl-Məyadin”-in məlumatına görə, əsasən dəniz sahəsinə fokuslanan və Rotterdamda keçirilən NEDS sərgisi son illərdə İsrailin böyük şirkətlərinə – “İsrael Aerospace Industries”, “Elbit Systems” və “Rafael” kimi şirkətlərə ev sahibliyi edib. Lakin tədbirin təşkilatçıları məktub vasitəsilə bildiriblər ki, bu il 20 noyabra planlaşdırılan sərgi “təhlükəsizlik və təşkilati səbəblərə görə” sionist rejimin şirkətlərinə bağlı olacaq.

İsrailli mənbələr “Globes” qəzetinə açıqlayıblar ki, onlar sərgidə iştirak etməyəcəklər, halbuki sərgi rəhbərliyi bu qərarla bağlı suallara cavab verməkdən imtina edib.

Məlumata görə, bu addım davam edən Qəzza təcavüzü ilə bağlıdır və Hollandiyanın İsrailə münasibətdə siyasətində daha geniş miqyaslı dəyişiklikdən xəbər verir.

Qeyd olunur ki, Hollandiya tərəfindən elan edilən bu qadağa Avropanın İsrail hərbi şirkətlərinə qarşı son məhdudiyyətlərinin davamıdır. İyunda bir neçə israilli şirkət Paris aviasiya sərgisində iştirakdan məhrum edilmişdi.

Bu hadisə Hollandiya ilə sionist rejim arasındakı münasibətlərin pisləşdiyi bir vaxtda baş verir. Lahey Avropa İttifaqında Təl-Əvivə qarşı iqtisadi və ticarət sanksiyalarının tətbiqinə çalışır və Niderland Milli Təhlükəsizlik Agentliyi, coğrafi məsafəyə baxmayaraq, İsraili ilk dəfə olaraq Hollandiya milli təhlükəsizlik təhdidləri siyahısına daxil edib.

İsrail həmçinin Beynəlxalq Cinayət Məhkəməsi və Beynəlxalq Ədalət Məhkəməsində açılan iddialarla yanaşı, müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlərdə ciddi ittihamlarla üz-üzədir.

Bununla paralel, Hollandiya hökuməti yaxınlarda sionist rejimin ifratçı nazirlərinin (İtamar Ben Qvir və Bəzalel Smotriç) ölkəyə girişini qadağan edib və İsrailin Haaqadakı səfirini rəsmi izahat üçün çağırıb.

Hollandiyanın xarici işlər naziri Kaspar Veldkamp bu mövzuda çıxış edərək bildirib ki, Benyamin Netanyahunun Qəzza və İordan çayının qərb sahilindəki siyasətləri nəticəsində İsrail bütün Avropanı itirməkdədir.

4300995

captcha