IQNA

Sionist rejimin Sənaya hücumu nəticəsində 2 şəhid və 35 yaralı var

8:46 - August 25, 2025
Xəbər sayı: 3498751
İQNA - Yəmənin Ənsarullah hərəkatına bağlı Səhiyyə Nazirliyi bildirib ki, ilkin məlumata görə, sionist rejimin Neft Şirkətinin stansiyasına hücumu nəticəsində iki nəfər şəhid olub, 35 nəfər isə yaralanıb.

“Əl-Məsirə”nin verdiyi xəbərə görə, Ənsarullaha bağlı Səhiyyə Nazirliyi sionist rejimin Sənaya ağır hücumu nəticəsində şəhid və yaralıların sayını açıqlayıb.

Nazirlik bəyan edib ki, ilkin məlumata əsasən, sionist rejimin Neft Şirkətinin stansiyasına hücumu nəticəsində iki nəfər şəhid olub, 35 nəfər yaralanıb.

Qeyd edək ki, bir neçə saat öncə sionist rejimi Yəmənin Ənsarullah hərəkatının pilotsuz uçuş aparatları və raket hücumlarına cavab olaraq Sənanı, ölkənin paytaxtını hədəfə alıb.

İvrit mediası xəbər verib ki, Sənaya edilən hücumlarda 50-dən çox hədəf vurulub.

Sionist rejimin 14-cü televiziya kanalı isə bəzi mənbələrə istinadla bildirib ki, Sənadakı Prezident Sarayı hücumun əsas hədəfi olub.

Kanalın açıqlamasına görə, bu hücumlarda Prezident Sarayı kompleksindəki hərbi bazalar, yanacaq anbarları və iki elektrik stansiyası hədəf alınıb.

4301478

captcha