IQNA

ABŞ Konqresi seçkilərində namizədin Qurani-Kərimə hörmətsizliyi

5:34 - August 28, 2025
Xəbər sayı: 3498769
İQNA - ABŞ-da qarşıdan gələn Konqres seçkilərinin bir namizədi bu ölkənin ifrat sağçı qruplarının diqqətini cəlb etmək üçün müsəlmanların müqəddəs kitabına təhqir edib və onu yandırıb.

“Əl-Cəzirə”nin xəbərinə görə, ABŞ-ın Texas ştatından Respublikaçı partiyanın namizədi Valentina Qomes nifrət dolu addım ataraq, “X” sosial şəbəkəsində Qurani-Kərimi yandırdığı videonu yayımlayıb.

O, Qurani-Kərimə hörmətsizlik etdiyi zaman, əgər Konqres seçkilərində qalib gəlsə, Texasda İslamın mövcudluğuna son qoyacağına söz verib.

Bu islamofob siyasətçi, həmçinin ABŞ-ın keçmiş prezidenti Donald Trampı dəstəklədiyini də siyasi fəaliyyətləri çərçivəsində göstərib və iddia edib ki, müsəlmanlar xristian ölkələrini ələ keçirməyə çalışırlar.

Qomes bu nifrət dolu videonun izləyicilərindən Konqres seçkilərində qalib gəlməsi üçün ona dəstək olmalarını istəyib.

Amerikalı ifrat sağçı bu siyasətçinin addımı siyasi liderlər, dini qruplar və sosial şəbəkə istifadəçiləri tərəfindən şiddətlə qınanıb və 2026-cı il aralıq Konqres seçkiləri ərəfəsində nifrət yayılması və dini ayrı-seçkiliyin artması ilə bağlı narahatlıqları gücləndirib.

Qomes daha əvvəl də məşhur olmaq üçün nifrət dolu hərəkətlərdən istifadə edib. O, 2024-cü ilin dekabrında Nyu-Yorkda nümayişkaranə şəkildə bir manekenə — miqrantların simvolu kimi — atəş açıb və zorakı cinayətlərdə ittiham olunan miqrantların açıq şəkildə edam olunmasını tələb edib. Sonradan həmin video silinib və Qomesin “Instagram” hesabı bloklanıb.

Bütün bu qalmaqallı addımlara baxmayaraq, Qomes əvvəlki seçkilərdə məğlub olub və Respublikaçıların daxili seçki yarışında cəmi 7,4 faiz səs toplayaraq altıncı yeri tutub.

O, 2024-cü ildə Missuri ştatının Dövlət katibi postu üçün namizəd olmuşdu və həmin vaxtdan bəri ifratçı, nifrət dolu hərəkətlərlə ictimaiyyətin diqqətini özünə cəlb etməyə çalışır.

4301813

captcha