IQNA

Bişkekdə Quran əsərlərinin xəttatlıq sərgisi təşkil olunub

10:36 - September 01, 2025
Xəbər sayı: 3498788
İQNA - Səudiyyə Ərəbistanının Qırğızıstandakı səfirliyi avqustun 27–28-də paytaxt Bişkekdə yerləşən Milli Tarix Muzeyində Quran və İslam xəttatlıq əsərlərindən ibarət sərgi təşkil edib.

“İQNA”-nın “WAS” agentliyinə istinadla verdiyi xəbərə görə, bu xəttatlıq sərgisində ərəb xəttinin məşhur növlərindən müxtəlif nümunələr, hər birinə dair qısa tanıtımla birlikdə nümayiş etdirilib.

Həmçinin sərgidə sənədli film təqdim olunub və peşəkar bir xəttat canlı olaraq ziyarətçilərin qarşısında Qurandan ayələri və hədisləri müxtəlif xətlərlə yazıb.

Sərgi geniş maraqla qarşılanıb. İştirakçılar arasında Qırğızıstan xarici işlər nazirinin müavini, parlament üzvləri, diplomatik nümayəndə heyətlərinin və beynəlxalq təşkilatların rəhbərləri, media təmsilçiləri, Bişkekdə yaşayan bir sıra Səudiyyə vətəndaşları və muzey ziyarətçiləri olub.

4302656

captcha