IQNA

Dörd fələstinli bacının Qurani-Kərimi tam əzbərləməkdə uğuru

10:55 - September 26, 2025
Xəbər sayı: 3498926
İQNA - Fələstinin İordan çayının qərb sahilində, Ramallah vilayətinin Deir Qaddis kəndində yaşayan dörd bacı Qurani-Kərimi tam şəkildə əzbərləməyi bacarıb.

“Səraha News”-un məlumatına görə, bu fələstinli bacılar əzm və iradə, mənəviyyat və ailə dəstəyinin birləşdiyi qürurverici və təqdirəlayiq bir addımla Qurani-Kərimi tam əzbərləyiblər.

Bu dörd bacı demək olar ki, eyni vaxtda əzbərləməni başa çatdırıblar ki, bu da onların Qurana bağlılığını, gündəlik intizam və nizamlarını göstərir.

Ailənin davamlı təşviqi və motivasiyaedici təhsil mühitinin yaradılmasında onun əsas rolu bu uğurda təsirli olub və bu nailiyyət Fələstin cəmiyyətində dini və elmi kamilliyin rəmzi kimi qiymətləndirilir.

Bu uğur həmçinin müsəlman ailələrinin və yerli icmanın övladların dini təhsilinə verdiyi dəstəyin, xüsusilə də Fələstində dini və təhsil sahəsinin üzləşdiyi çətin şəraitdə, önəmini nümayiş etdirir.

Qurani-Kərimi tam əzbərləyən bu dörd bacının uğuru yerli ictimaiyyətə də təsir göstərib, onlar bacıları təbrik edib və Qurana və Qurani dəyərlərə xidmət yolunda onlara daha çox uğur və sabitqədəm olmalarını arzulayıblar.

4306407

Teqlər: quran ، hafiz ، qadın ، fələstin
captcha