IQNA

Misirdə Əhməd Ömər Haşimin yazdığı Qurani-Kərim təfsirinin təqdimatı

14:46 - October 22, 2025
Xəbər sayı: 3499078
İQNA - “Əhl Misr” adlı televiziya proqramında ilk dəfə mərhum misirli alim Əhməd Ömər Haşimin xətti ilə yazılmış Qurani-Kərim təfsirinin əlyazma nüsxəsi təqdim olunub.

“Algomhor” saytının xəbərinə görə, proqram zamanı şeyx Əhməd Ömər Haşim tərəfindən 10 il ərzində qələmə alınmış bu təfsirin təqdimatı keçirilib və vurğulanıb ki, mərhum alim ömrü boyu bu təfsiri tamamlamışdır.

Bu əsər, şeyx Haşimin elmi fəaliyyətinin ən görkəmli nailiyyətlərindən biri sayılır və qısa təfsir, izahlar və hər surənin faydalarının birləşməsindən ibarətdir.

Mərhum alimin qardaşı oğlu şeyx Alaa Haşim bildirib: “Bu təfsirin yazılması görkəmli alim Əhməd Raşidin gördüyü bir doğru yuxu ilə əlaqədardır; həmin yuxuda o, Qurani-Kərimin ayələrini şərh etmək vəzifəsini Əhməd Ömər Haşimə tapşırır”.

O əlavə edib: “Bu əsərdə Qurani-Kərimin qısa təfsiri səhifə haşiyələrində qeyd olunub ki, bu da oxucunun ayələri daha asan anlamasına kömək edir. Eyni zamanda, hər surənin dərsləri və mənəvi faydaları sadə və aydın şəkildə təqdim olunur.”

O vurğulayıb ki, bu əsər müsəlmanlar üçün gündəlik istifadəyə yararlı bir təfsir sayılır və burada Qurani-Kərim mətni ilə maarifləndirici və mənəvi göstərişlər birləşdirilmişdir.

 

کشف تفسیر خطی قرآن جدید در مصر

Alaa Haşim bildirib ki, bu təfsir Əl-Əzhər İslam Araşdırmaları Akademiyası tərəfindən tam şəkildə yoxlanılıb. Bu proses təxminən altı ay davam edib və Qurani-Kərimin mətni təsdiqlənib. Gələn həftə bu təfsirin rəsmi nəşr icazəsinin veriləcəyi gözlənilir.

O əlavə edib ki, şeyxin sevənlərindən ibarət bir qrup, başda mühəndis İsmayıl Əbdülati olmaqla, təfsirin çap xərclərini öz üzərlərinə götürüblər və bu təfsir pulsuz şəkildə paylanacaq, mərhum Əhməd Ömər Haşim üçün davamlı sədəqə (sədəqeyi-cariyə) olacaq.

Əhməd Ömər Haşim — misirli alim və təbliğatçı, 6 fevral 1941-ci ildə Misirin Bəni Amir kəndində anadan olub. O, Əl-Əzhər Universitetinin sabiq rektoru, bu universitetdə hədis və hədis elmləri üzrə professor, Misir İslam Araşdırmaları Akademiyasının üzvü və Misir Xalq Məclisinin keçmiş üzvü olub.

Bu görkəmli misirli alim 2025-ci il oktyabrın 7-də (15 mehr) dünyasını dəyişib.

4312018

Teqlər: misir
captcha