“Əl-Məyadin” kanalının verdiyi məlumata görə, Yəmənin Ənsarullah Hərəkatının siyasi bürosu İsrail rejiminin Livanın suverenliyinə qarşı davam edən təcavüzlərini qınayan bəyanat yayıb və bildirib: “Livan hökumətinin süstlüyü və təcavüzkarın təkrar hücumlarına cavab verməməsi öhdəliklərin pozulmasına və hücumların miqyasının genişlənməsinə səbəb olub.”
Hərəkat vurğulayıb: “İsrailin təcavüzünə qarşı mübarizə bütün dini, mənəvi və insani meyarlara görə qanuni bir haqqdır. Beynəlxalq ictimaiyyət və ərəbdilli ölkələr Livan xalqı ilə real həmrəylik nümayiş etdirməli və onu İsrailin hücumlarına qarşı müdafiə etməlidirlər.”
Eləcə də, Fələstinin İslami Cihad Hərəkatı İsrail işğalçı rejiminin Livan torpaqlarına qarşı davam edən hücumlarını pisləyib və bunu Livanın suverenliyinin, beynəlxalq qanunların və atəşkəs razılaşmasının açıq şəkildə pozulması adlandırıb.
Bu hərəkat bəyan edib: “Biz Livanı, onun xalqını və müqavimətini dəstəkləyirik və Livan xalqının torpaqlarını, suverenliyini müdafiə etmək və təcavüzə qarşı bütün mümkün yollarla mübarizə aparmaq hüququnu qanuni sayırıq.”
Son bir neçə gündə sionist rejim Livanın cənubuna şiddətli hücumlar həyata keçirib. Bundan əlavə, ABŞ Livan ordusuna silah üzərində inhisarı təmin etmək üçün bir aylıq möhlət verib, əks halda İsrail rejiminin yeni müharibə mərhələsinə başlayacağı bildirilir.
4315291