IQNA

Həzrət Fatimənin (s.ə) şəhadət günlərində Nəcəf və Kərbəlanın ab-havası

16:28 - November 23, 2025
Xəbər sayı: 3499266
İQNA - Həzrət Əmirəlmöminin Əli (ə) və İmam Hüseynin (ə) hərəmləri Həzrət Fatimə Zəhranın (s.ə) şəhadətinə yaxın günlərdə matəm ab-havasına bürünüb.

“İQNA”-nın “əl-Kəfil”ə istinadən verdiyi xəbərə görə, Həzrət Fatimə Zəhranın (s.ə) şəhadət günləri münasibətilə Nəcəfül-əşrəfdə İmam Əlinin (ə) hərəminin həyəti və ziyarətgahı əzadarlıq kətibələri və onun mübarək adı ilə bəzədilib.

İmam Əli (ə) hərəmi bu günlərin astanasında tam şəkildə qara bayraqlarla örtülüb və bu günlərdə əzadərların və əzadarlıq dəstələrinin qəbuluna hazır vəziyyətə gətirilib. Bu on gündə Əli (ə) ziyarətgahına gələn zəvvarlar hərəmdə əzadarlıq mərasimləri keçirirlər.

 

Müqəddəs Kərbəla şəhərində də İraqın müxtəlif bölgələrindən əzadarlıq dəstələri Həzrət Fatimə Zəhranın (s.ə) şəhadətinin ildönümünü yad etmək üçün bu şəhərə axışıb.

Həzrət Abbas (ə) Hərəminə bağlı Hüseyni Şüarlar və Mökəblər Şöbəsinin əməkdaşlarından biri bildirib ki, bu şöbə bir müddətdir ki, əzadarlıq mərasimləri zəvvarların hərəkətinə mane olmadan nizamlı şəkildə keçirilməsi üçün bu münasibətlə bağlı planlaşdırma aparıb, dəstələrin hərəkət marşrut və cədvəllərini əhatə edən geniş bir sxem hazırlayıb.

حال‌وهوای نجف و کربلا در ایام شهادت حضرت زهرا(س) + عکس

Qəməri Bəni Haşim (ə) Heyətinin məsulu da bildirib ki, Həzrət Fatimə Zəhranın (s.ə) şəhadət mərasimlərində əzadarlıq dəstələri Həzrət Abbas (ə) və İmam Hüseynin (ə) hərəmlərinə gəlir və burada əzadarlıq edirlər.

Seyid Həsən Xafaci əlavə edib ki, əzadarlıq dəstələri Şüarlar və Mökəblər Şöbəsinin səylərinə minnətdardırlar, çünki bu səylər əzadarlıq mərasimlərinin möhtəşəm şəkildə keçirilməsi üçün lazım olan nizam və şəraitin təmin olunmasını asanlaşdırıb.

4318754

captcha