IQNA

Hindistanda 600 illik məscidin yandırılması

4:21 - November 29, 2025
Xəbər sayı: 3499303
İQNA - Hindistan rəsmiləri Uttar Pradeş ştatının şimalında yerləşən bir bölgədə 600 illik məscidi yandırmaqda ittiham olunan beş nəfəri həbs ediblər.

“Əl-Cəzirə Mübaşir”-in məlumatına görə, Hindistan rəsmiləri Mirzapur bölgəsində yerləşən təxminən 600 illik məscidi, imam içəridə yatdığı vaxt yandırmaqda ittiham edilən beş nəfəri saxlayıblar.

Yerlı polis iş açdıqdan sonra onları ibadət yerinə hörmətsizlik və partlayıcı maddələrdən istifadə ittihamları ilə həbs edib.

Rayon sakinlərindən Asif Məstan “Əl-Cəzirə Mübaşir”-ə bildirib ki, hadisə çərşənbə axşamı gecə saat 2:30 radələrində baş verib. O deyib: “Rəsmilər bu yanğının motivini araşdıracaqlar, amma siz də ölkədəki anti-İslam əhval-ruhiyyəsinin miqyasını bilirsiniz. Bu gənclərin belə bir işə əl atmaq fikri haradan yaranıb? Onların təkbaşına hərəkət etdiyinə inanmaq çətindir. Görünür, arxasında daha böyük bir sui-qəsd var.”

O əlavə edib: “Bəlkə də hindu və müsəlmanlar arasında məzhəb qarşıdurmasını qızışdırmaq niyyəti olub. Polic bu məlumatları ortaya çıxarmaq gücündədir.”

Məstanın sözlərinə görə, sakinlər yalnız bu hadisənin günahkarlarının dərhal həbsini və hücumdan sonra gərginliyin artmasının qarşısının alınmasını istəyirlər. Onlar həmçinin bu hadisənin arxasındakı sui-qəsdin üzə çıxarılmasını və məsul şəxslərin cəzalandırılmasını tələb edirlər.

Məscidin imamı Zahid Qadri isə bildirib ki, hadisə baş verəndə məscidin içində yatıbmış. Yerli bir gənc məscidin yandırıldığını xəbər verəndən sonra o, yuxudan oyanıb. Tez bir zamanda alovu söndürərək dərhal polisə məlumat verib.

Qadri yerli mediaya deyib: “Məscidi yandıranlar antisosial ünsürlərdir. Bu məscid tarixi abidədir; bölgənin ən qədim məscididir. Belə bir hadisə əvvəllər heç vaxt baş verməyib. Burada insanlar bir-biri ilə mehriban yaşayırlar.”

O, rəsmilərdən bu hadisənin günahkarlarına ən ağır cəzaların verilməsini tələb edib ki, bu, sosial harmoniyanı pozmağa cəhd edən hər kəs üçün çəkindirici bir mesaj olsun.

4319616

captcha