IQNA

Fransanın cənubunda məscidə hücum və Qurana hörmətsizliyin qınanması

11:57 - December 02, 2025
Xəbər sayı: 3499324
İQNA - Fransa Müsəlman Şurası (CFCM) ölkənin cənubunda yerləşən bir məscidə edilən hücumu və Qurana hörmətsizliyi qınayıb və məscid camaatına həmrəylik ifadə edib.

“İQNA”nın “Turkey Today”ə istinadla xəbərinə görə, naməlum şəxs və ya şəxslər Fransanın cənubunda yerləşən Lö Puy-an-Völe şəhərində bir məscidə hücum edərək, Quran nüsxələrini cırıb.

Cənub bölgəsində yerləşən “ər-Rahmə” məscidi bazar günü günorta saatlarında hücum və vandalizmə məruz qalıb.

Məlumatlara görə, bir nəfər məscidə daxil olaraq ona ziyan vurub. Məscidin imamı həmin bazar günü axşam məscidin sosial media hesablarında verdiyi açıqlamada bildirib ki, Quran nüsxələri yerə atılıb və cırılıb, mikrofonlara isə zərər dəyib.

Müsəlman icmasının liderlərindən biri əlavə edib ki, imam camaata heç kəsin xəsarət almadığı barədə tam əminlik verib.

Polis barmaq izlərini toplamaq və istintaqa başlamaq üçün tədbir görüb. Təhlükəsizlik kamerasının sərt diski də araşdırılır.

Bələdiyyə Şurasının müxalif üzvlərindən Fabien Sorel bazar günü şəhər prefekturasının qarşısında bazar ertəsi saat 18:00-da aksiya keçirilməsi çağırışı edib.

Sorel deyib: “Bələdiyyə rəhbərliyi reaksiya verməli və qəti tədbirlər görməlidir. Puy-an-Völe sakinləri belə hərəkətləri cəzasız buraxa bilməzlər. Mən də daxil olmaqla, insanların və ya ibadət məkanlarının zorakılığa məruz qaldığı bir dünyada yaşamaq istəməyən bütün vətəndaşları bazar ertəsi axşam saat 18:00-da prefektura qarşısında toplaşmağa çağırıram.”

Bu arada, Fransanın Monteral-Lakloz bölgəsində ayrı bir hadisədə Türkiyə–İslam Dini İşləri Birliyinə (DİTİB) bağlı bir məscidin və İslam mərkəzinin poçt qutusunda bir güllə tapılıb.

Fransa Müsəlman Şurası (CFCM) hücumu qınayaraq məscid camaatı ilə həmrəylik nümayiş etdirib. Şura bu hadisəni “ciddi islamofob hücum” adlandırıb və bunun yüngül qarşılanmaması gərəkdiyini bildirib.

Açıqlamada vurğulanıb ki, son zamanlarda müsəlmanları hədəf alan qərəzli sorğular, hesabatlar və təkliflər belə hücumların riskini artırır və müsəlman icması ayıq-sayıq olmağa çağırılır.

Şura həmçinin müsəlman vətəndaşlarla bağlı keçirilən sorğulardan alət kimi istifadənin artmasını tənqid edib.

Bu hadisələr 18 noyabrda IFOP sorğu müəssisəsi tərəfindən Fransadakı müsəlmanların “İslam və islamçılıqla münasibəti” mövzusunda keçirilən sorğudan sonra baş verib.

Sözügedən sorğu qərəzsizliyin pozulması və müsəlmanlara qarşı nifrətin qızışdırılması səbəbilə mənfi reaksiyalar doğurmuşdu.

4320275

captcha