IQNA

Kanadada Ramazan ayında qəhvə içmə saatlarının ləğvi təklifi

11:23 - December 09, 2025
Xəbər sayı: 3499366
İQNA – Kanada dövlət qurumları Ramazan ayında müsəlman həmkarlarına hörmət əlaməti olaraq işçilərə istirahət vaxtlarında qəhvə içməkdən çəkinməyi tövsiyə edən göstərişlər alıblar.

“İQNA”-nın “Blacklock's Reporter”-ə istinadən verdiyi məlumata görə, Kanadada diqqətçəkən bir addım atılıb: Ottavadakı informasiya texnologiyaları şöbəsinin əməkdaşlarından Ramazan ayı boyunca fasilə saatlarında qəhvə içməmələri tövsiyə edilib. Bu təşəbbüs, dövlət qurumlarında müsəlmanların sayı az olsa da, onlara həmrəylik göstərmək məqsədi daşıyır.

Mesajda işçilərə vurğulanır ki, oruc tutmaq dərin mənəvi bir əməl olub, oruc tutanların şəxsi məkanına hörmət göstərilməsini və onları iş saatlarında narahat vəziyyətə salmaqdan çəkinməyi tələb edir. Tövsiyələrə iclasların və günortadan sonra fasilələrin proqramlaşdırılması, həmçinin sübh və iftar vaxtlarının nəzərə alınması daxildir.

Bu addım, müsəlman işçilərin şikayətlərindən sonra atılıb. Onlar bildiriblər ki, federal qurumlarda digər məsələlərə geniş dəstək göstərildiyi halda, öz dini kimliklərinin yetərincə qorunmadığını hiss edirlər.

Yeni təlimatlarda Ramazan “müqəddəs ay” kimi təsvir edilir və iş saatlarında elastik yanaşmanın, namaz və iftar ehtiyaclarına hörmətin vacibliyi vurğulanır. Xüsusilə bəzi bölgələrdə artan islamofobiya ilə bağlı çətinliklərə diqqət çəkilir.

Kanadanın İctimai Xidmətlər Departamentinin rəhbərləri əməkdaşlara göndərdikləri e-poçtda bildirib ki, nahar və kofe fasilələrini planlaşdırmaqdan çəkinin; çünki bu, bilmədən müsəlman həmkarlarınızı narahat vəziyyətə sala bilər.

E-poçtda deyilir: “Oruc tutmaq ruhu saflaşdırmaq, şəxsi intizamı möhkəmləndirmək və həyat nemətlərinə şükr etmək məqsədi daşıyır. Bu səbəbdən Ramazan ayında oruc tutan müsəlman həmkarlarınıza hörmət etmək və bu mərasimin əhəmiyyətini dərk etmək çox vacibdir.”

Eyni zamanda rəhbərlərdən iclasları diqqətlə planlaşdırmaq, səhər tezdən və günün sonunda — enerji səviyyəsinin aşağı ola biləcəyi vaxtlarda — görüşlər təyin etməmək xahiş olunub.

Kanadanın ictimai xidmətlər sektorunda 100-dən çox müsəlman işçi çalışır. Onların bir çoxu sistemli irqçiliklə bağlı narahatlıqlarının eşidilmədiyini və nəzərə alınmadığını düşünür.

Federal Müsəlman İşçilər Şəbəkəsi “Ramazan 2025-in başlanğıcı münasibətilə” adlı bir qeyd dərc edib və Ramazanın “müqəddəs ay” olduğunu bildirib. Qeyd olunub ki, bəzi müsəlman əməkdaşlar xüsusilə hazırkı siyasi şəraitdə — artan islamofobiya və anti-fələstin meyilləri fonunda — hüquqlarının görməməzlikdən gəldiyini hiss edirlər.

4321622

captcha