IQNA

Kanadada dini azadlıqların məhdudlaşdırılmasına etiraz

17:21 - December 15, 2025
Xəbər sayı: 3499405
İQNA – Kanada hökumətinin dini azadlıqları məhdudlaşdırmaq üçün təqdim etdiyi qanun layihəsi geniş mübahisələrə səbəb olub.

“İQNA”-nın “əl-Quds əl-Ərabi”yə istinadla verdiyi xəbərə görə, Kanada hökuməti tərəfindən Federal Parlamentin İcmalar Palatasına təqdim edilən yeni qanun layihəsi gələcəkdə yarada biləcəyi nəticələr və siyasi, dini hüquqlar, həmçinin fikir və ifadə azadlığına mənfi təsirləri səbəbindən siyasi, dini və insan haqları dairələrində geniş müzakirələr doğrub. Bu qanun layihəsi həmçinin böyük media diqqətini cəlb edib. 

Yeni qanun layihəsi “Nifrət cinayətləri haqqında 9-C qanunu” adı ilə təqdim olunub və dini simvollardan istifadə etməklə nifrətin təbliğini cinayət hesab edən yeni hüquqi müddəaları ehtiva etməklə, “nifrət cinayətləri” adlandırılan hallara qarşı qanunları gücləndirməyi hədəfləyir. 

Layihə həmçinin nifrət təbliğini məhkəmə hökmlərində ağırlaşdırıcı amil kimi əlavə edir və ibadətgahlar kimi həssas məkanların yaxınlığında ədalətin icrasına mane olma və ya qorxutma hallarını cinayət sayan müddəaları özündə ehtiva edir. 

Bu qanun layihəsi son beş ildə Kanadada artan hökumət əleyhinə fəaliyyətlərdən sonra, xüsusilə dini azadlıqlar, fikir və ifadə azadlığı, iqtisadi və siyasi məsələlər – məsələn, Fələstin mövzusu və hökumətin homoseksuallıq siyasətinə qarşı çıxışlar – fonunda təqdim olunub. 

Hökumət bu hərəkatların artan fəaliyyətlərini cilovlaya bilməyib və indi bu qanun vasitəsilə onları məhdudlaşdırmağa çalışır. Qanun hökumətə belə fəaliyyətləri boğmaq və iştirak edən şəxslərin azadlıqlarını məhdudlaşdırmaq səlahiyyəti verir. 

Siyasi və insan haqları üzrə analitiklər hesab edirlər ki, bu qanun layihəsinin mübahisəli tərəfi onun fikir və ifadə azadlığını məhdudlaşdırmaq, azadlıqları sırf hökumət siyasətinə uyğunlaşdırmaq potensialında gizlənir, xüsusilə dini inancların ifadəsi məsələsində. 

Tənqidçilər – o cümlədən mülki və dini azadlıq qrupları – iddia edirlər ki, bu qanun layihəsi dini müzakirələri cinayətləşdirmək təhlükəsi yaradır. Tərəfdarları isə bunu Kanada kimi çoxmillətli və çoxdinli bir cəmiyyətdə artan nifrət təbliği ilə mübarizə üçün həyati addım hesab edirlər. 

4322874    

captcha