IQNA

Hindistanda üçüncü Beynəlxalq Quran və Elm Konfransının keçirilməsi

17:43 - December 15, 2025
Xəbər sayı: 3499407
İQNA – Üçüncü Beynəlxalq Quran və Elm Konfransı Yeni Dehli şəhərindəki universitetdə keçiriləcək.

“İQNA”-nın verdiyi məlumata görə, bu konfrans Yeni Dehlidə təşkil olunacaq. 

Konfransın elan edilmiş mövzuları bunlardır: 

- Quran və təbiət elmləri 

- Quran və humanitar elmlər 

- Quran və sosial elmlər 

- Quran və tibb və sağlamlıq elmləri 

- Quran və mühəndislik və texnologiya elmləri 

- Quran və elmlə bağlı araşdırmaların əsasları 

Konfransın xüsusi mövzusu isə “Quran və ailə” və “Quran və elmlərin tədrisi” olaraq müəyyənləşdirilib. 

Məqalə xülasələrinin göndərilməsi üçün son tarix 15 dekabr, konfransa qeydiyyat tarixi 30 Dekabr, tam məqalələrin göndərilməsi tarixi 15 yanvar, konfransın keçirilmə vaxtı isə cari ilin7 və 8 fevral tarixləridir. 

Konfransın keçirildiyi məkan Yeni Dehlidəki Jamia Millia Islamia Universitetidir. Maraqlananlar daha ətraflı məlumat üçün konfransın rəsmi saytına – www.icqs.world – müraciət edə bilərlər. 

 

برگزاری سومین کنفرانس بین‌المللی قرآن و علم در هند

4322897

captcha