“İQNA”-nın “Middle East News” saytına istinadla verdiyi məlumata görə, “Suraya Ənsarüs-Sünnə” adlı qrup yayımladığı bəyanatda Humus şəhərindəki İmam Əli ibn Əbi Talib (ə) məscidində törədilən terror partlayışının məsuliyyətini qəbul etdiyini bildirib.
Qrupun bəyanatında qeyd olunub: “Ənsarüs-Sünnə mücahidləri başqa bir qrupun mücahidlərinin köməyi ilə Nusayrilərə (Ələvilərə) aid olan İmam Əli ibn Əbi Talib məbədində bir neçə bombanı partlatdılar ki, nəticədə 40 nəfər Nusayri öldü və ya yaralandı.”
Bəyanatda həmçinin vurğulanıb: “Bu partlayışın əhli-sünnə vəl-cəmaat məscidini hədəf aldığı barədə deyilənləri rədd edirik və bildiririk ki, hücumlarımız artan şəkildə davam edəcək.”
Suriya rəsmiləri Homs şəhərindəki İmam Əli ibn Əbi Talib (ə) məscidində bu gün baş verən partlayışda 26 nəfərin şəhid olduğunu və yaralandığını açıqlayıblar. Partlayış cümə namazı zamanı baş verib. Suriyanın İnsan Haqları Müşahidə Təşkilatı isə bu partlayışda 12 nəfərin şəhid olduğunu, 27 nəfərin isə yaralandığını bildirib.
4325162