“İQNA”-nın “Əl-Cəzirə”yə istinadla verdiyi xəbərə görə, Həmas hərəkatının hərbi qanadı olan İzzəddin Qəssam briqadalarının yeni sözçüsü bu gün, bazar ertəsi bildirib ki, hərəkatın əvvəlki sözçüsü Əbu Übəydə şəhid olub.
Bundan əlavə, Qəssam briqadaları “Məhəmməd əs-Sinvar”ın (şəhid Yahya əs-Sinvarın qardaşı), Rafah briqadasının komandiri Məhəmməd Şəbane, yüksək rütbəli komandirlərdən Həkəm əl-İsa (ləqəbi Abū Ömər) və Rayed Sədin şəhadətini də təsdiqləyib.
4325785