IQNA

Somali Prezidenti:

Somalilənd fələstinlilərin məcburi köçürülməsini asanlaşdırmaq istəyir

0:14 - January 01, 2026
Xəbər sayı: 3499515
İQNA – Somali Prezidenti bəyan edib ki, sionist rejim fələstinliləri Somalilənd bölgəsinə köçürmək niyyətindədir və həmin bölgənin məsulları bu məsələni qəbul ediblər.

“İQNA”-nın “əl-Cəzirə”yə istinadla verdiyi xəbərə görə, Somali Prezidenti Həsən Şeyx Mahmud deyib: “30 ildir ki, Somaliləndin tanınması tələbi gündəmə gətirilirdi, lakin indiyədək bu baş verməmişdi. Biz ölkəni dinc yolla birləşdirməyə çalışırıq. Biz gözləmirdik ki, sionist rejim Somaliləndi tanısın və onun əsassız müdaxiləsinə təəccübləndik. İsrailin Afrika buynuzu ilə heç bir əlaqəsi və marağı yox idi.” 

O əl-Cəzirə kanalına bildirib: “Bütün dünya İsrailin Somaliləndi tanımasını pislədi. Bu addım o vaxt atıldı ki, biz uzun sürən problemlərdən çıxmaq ərəfəsində idik. İsrail fələstinliləri Somaliyə köçürəcək və strateji su keçidlərinə nəzarət etməyə çalışır. İsrailin Somaliləndə yaxınlaşması sülh məqsədli deyil. İsrail Somalilənddə mövcud olub və bu bölgənin tanınması gizli şəkildə həyata keçirilən bir normallaşma idi. Somalilənd fələstinlilərin yerləşdirilməsini, İsrail bazasının yaradılmasını və İbrahim razılaşmalarına qoşulmağı qəbul etdi.” 

Prezident vurğulayıb: “ABŞ Prezidenti Donald Tramp açıq şəkildə bildirdi ki, ölkəsi İsrailin Somalilendi tanımasını qəbul etməyəcək. Özəl şirkətlər isə Somalilənddə qeyri-qanuni şəkildə sərmayə yatırırlar.” 

Somali Prezidenti həmçinin deyib: “Əş-Şəbab terrorçu qrupdur, milli və ya somalili deyil, əl-Qaidə ilə bağlıdır və biz onlarla iki onillikdir mübarizə aparırıq.” 

4326256

captcha