IQNA

Avstraliya Milli İmamlar Şurası müsəlman vəkilə hücumu pislədi

10:36 - January 03, 2026
Xəbər sayı: 3499521
İQNA – Avstraliya Milli İmamlar Şurası (NCAI) bir müsəlman qadın vəkilə işə gedərkən edilən sözlü və fiziki hücumu pisləyib. Şura bu hadisəni ölkədə islamofobiyanın artmasının təhlükəli təzahürü kimi qiymətləndirib.

“İQNA”-nın “CBC”-yə istinadla verdiyi xəbərə görə, Avstraliya Milli İmamlar Şurası Sibat Şeyx adlı tanınmış müsəlman qadın vəkilə edilən hücuma işarə edərək vurğulayıb ki, bu hücum illər boyu yığılıb qalan təxribatçı siyasi ritorikanın və mənfi media narrativlərinin nəticəsidir. Bu ritorika müsəlmanların mənfi şəkildə təqdim olunmasına və onların birbaşa hücumlara məruz qalmasına şərait yaradıb. 

NCAI bu gün, dekabrın 31-də rəsmi Facebook səhifəsində yayımladığı bəyanatda bildirib ki, hadisənin qurbanı bu hücumu dekabrın 22-də polisə xəbər verib. Hadisədən sonra o, polisə müraciət edib və iş qurbanların qorunması və təqsirkarların məsuliyyətə cəlb olunması məqsədilə rəsmi şəkildə araşdırılmağa başlanıb. 

Milli İmamlar Şurası vurğulayıb ki, bu hadisə təsadüfi deyil, nifrətdən qaynaqlanan hücum və hadisələr silsiləsinin bir hissəsidir. Ölkə son vaxtlar, xüsusilə “Bondi” hücumundan (yəhudi dini mərasiminə hücum) sonra bu cür hallara şahid olub. Müsəlman icması haqsız şəkildə kollektiv olaraq məsuliyyətli sayılıb və bu, təxribat və düşmənçilik mühitini daha da gücləndirib. 

Avstraliya müsəlman liderləri vurğulayıblar ki, bu hadisələrin artması ictimai sülh və dini həmyaşayış üçün birbaşa təhdiddir. Onlar nifrət təbliğatına qarşı qətiyyətli reaksiya göstərilməsini, qarşılıqlı hörmət mədəniyyətinin təşviqini və dini azlıqların hüquqlarının müdafiəsini tələb ediblər. 

Şura həmçinin dini motivli hücum və ayrı-seçkilik hallarının hamısının qeydiyyata alınmasının vacibliyini vurğulayıb. Hadisələrin sənədləşdirilməsi qurbanlara hüquqi və psixoloji dəstək göstərmək, cəmiyyətin müdafiəsi üçün effektiv yollar yaratmaq və dəyişiklik üçün təzyiq göstərmək baxımından həyati addım sayılıb. 

4326160

captcha