“İQNA”, “Qətər” xəbər agentliyinə istinadən bildirir ki, Qətərin “Şeyx Casim ibn Məhəmməd ibn Sani” Quran müsabiqələrinin məsulları yetimlər bölümünü bu müsabiqələrə əlavə ediblər.
Bu bölüm “rəfiqlər” adı və Qətərin xeyriyyə təşkilatının həmkarlığı ilə dünyanın müxtəlif ölkələrində Qətər xeyriyyə təşkilatının himayəsində olan yetimlər üçün xüsusi olaraq nəzərdə tutulub.
Qeyd olunub ki, bu addım, yeni tərbiyə və mənəvi üfüqləri yetimlərin üzünə açmaq, onları hifz, tilavət və tədəbbür baxımından Quranla tanış etmək məqsədi ilə atılıb.
4329014