IQNA

Əlcəzairin Tarixi Quranının Afrika Alimlərinə Hədiyyə Edilməsi

1:18 - January 27, 2026
Xəbər sayı: 3499636
İQNA – Əlcəzairin Dini İşlər və Vəqf Naziri "Rudusi" tarixi Quranının nüsxəsini ölkədə keçirilən Dini Diplomatiya Seminarında iştirak edən Afrika alimlərinə hədiyyə etdi.

“İQNA”, “Əl-İttihad”-a istinadən xəbər verir ki, Əlcəzairin Dini İşlər və Vəqf Naziri Yusif Bəlhəmidi, "Afrika Sahilində Dini Diplomatiya" mövzusunda seminar keçirən alim və mütəfəkkirlərlə görüşdə, Əlcəzair Prezidenti Əbdülməcid Təbunun nəzarəti altında çap edilmiş "Rudusi" tarixi Quranının nüsxəsini onlara təqdim etdi.

Əlcəzairin Dini İşlər Nazirliyi açıqlamasında bildirib ki, bu görüş Afrika alimlərinin "Afrika Sahilində Dini Diplomatiya; İmkanlar və Çətinliklər" seminarında iştirakından sonra baş tutub.

Bu seminar Afrika Sahili Ölkələrinin Alimləri, Təbliğatçıları və Camaat İmamları Assosiasiyasının təşəbbüsü ilə keçirilib və Əlcəzair Ali İslam İşləri Şurası burada əməkdaşlıq edib.

Bu tədbirdə 11 Afrika ölkəsi iştirak edib və Afrika Sahili regionunda təhlükəsizlik və sabitliyin gücləndirilməsi və böhranların həllində dini diplomatiyanın əhəmiyyəti, Əlcəzairin Afrika böhranlarının həllində rolu və bu qitənin resurslarına yadellilərin tamahı ilə üzləşmək məsələləri müzakirə olunub.

Mavritaniyanın Afrika Sahili Ölkələri Alimləri Assosiasiyasındakı nümayəndəsi Musi Saar, zorakılıq və ifratçılıqla mübarizə üçün dini diplomatyanın fəallaşdırılmasının vacibliyini vurğulayıb və bu seminarın mövzu ilə bağlı məlumatlılığı artırmaqda əhəmiyyətini izah edib.

O bildirib ki, ifratçılıq və terrorizmə qarşı mübarizədə ənənəvi yanaşmalar artıq tək başına kifayət etmir; əksinə, bu böhranların kökləri ilə məşğul olmaq üçün dini bir çərçivə zəruridir.

Səalibiyyə çapı və ya Rudusi (Rudziya) Quranı, Nafidən Vərş qiraəti ilə və Məğrib (Mərakeş) xətti ilə yazılmış Əlcəzair mənşəli əl yazması olan Qurandır. Onun çapı hicri 1350-ci ildə (miladi 1931) başlamışdır.

Səalibiyyə mətbəəsi ilk çap olunmuş Quran nüsxəsini hicri 1350-ci ildə, miladi 1931-ci ildə Əlcəzairdə nəşr etdi. Bu nüsxə, mərhum Əlcəzair xəttatı Məhəmməd Şəradi, məşhur adı ilə Məhəmməd Səfti və ya Məhəmməd Səfati tərəfindən Məğrib xətti ilə Nafidən Vərş rivayəti ilə yazılmışdır.

4330227

captcha